​DİN rəhbərinə məktub çatdırmaq istəyən JURNALİSTLƏR SAXLANILDI - Video

Baxış sayı:
7648

Bu gün səhər 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı və media nümayəndəsi DİN-in qarşısına toplaşıb. Onlar daxili işlər naziri Ramil Usubova ünvanlanan məktubu ona təqdim etmək istəyiblər.
Müraciətin mətni ötən gün açıqlanıb. Sənəddə nazir müraciəti imzalayanların hamısını həbs etməyə çağırılır. Belə ki, onlar da mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən yürüş və tədbirlərdə iştirak ediblər.
Bundan sonra polis REAL Partiyasının 4 fəalını xuliqanlıqda və ictimi asayişi pozmaqda ittiham edərək həbs edib.
Polisin bu qanunsuz hərəkəti ictimaiyyətdə böyük narazılıq yaradıb.
Səhər nazirliyin binasının önünə gələn fəallar bir müddət mətbuat xidmətinin müraciəti qəbul etməsinə nail ola bilməyiblər. Mətbuat xidmətinin nümayəndələri ilə uzun danışıqlardan sonra fəallara tövsiyə ediblər ki, müraciəti nazirə ünvanlanan məktub qutusuna atsınlar.
Bunu etdikdən sonra aksiyanın təşəbbüsçüsü, jurnalist Xədicə İsmayılova hadisə ilə bağlı həmkarları üçün kiçik bəyanat verib.
Ancaq 30 saniyə keçmişdi ki, yaxınlıqda dayanan polis işiləri X.İsmayılovanı çəkən iki jurnalisti - Ramin Dekonu və Elman Fəttahı aparıblar.
Sonra onları buraxıblar. Binanın içərisində polis çəkiliş lentinə baxaraq bildirib ki, binanın yaxınlığında çəkiliş aparmaq olmaz. 40 dəqiqə sonra onları buraxıblar(turan).
 
Xatırladaq ki, dünən yüzdən çox vətəndaş cəmiyyəti nümayəndəsi, hüquqşünas, jurnalist, siyasətçi mayın 28-də Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə bayram yürüşünün iştirakçılarının həbsi ilə bağlı DİN başçısı Ramil Usubova müraciət edib.
Həbs edilənlər "ünvansız senzuradankənar söyüşlərdə", "küçələri zibilləməkdə", "polisə tabe olmamaqda" və paytaxtın küçələrində digər pozuntularda ittiham olunub.
"Biz bu ittihamların uydurma olduğuna şübhə etmirik və əslində onlar bayram tədbirində iştirak etdiklərinə görə həbs olunublar", deyə müraciətdə bildirilir.
Müraciət müəllifləri istehza ilə qeyd edirlər ki, AXC-nin 100 illiyinin qeyd edilməsi, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, birinci respublikanın banilərinin xatirəsinin yad edilməsi inzibati hüquqpozmadırsa, qoy onlar da "bayrağa, AXC dəyərlərinə və banilərinə sevgiyə görə" məsuliyyətə cəlb olunsun.
Müraciəti Demokratik Qüvvələrin Milli Şurasının başçısı Cəmil Həsənli, REAL Partiyasının məclis üzvləri Natiq Cəfərli və Erkin Qədirli, jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri İntiqam Əliyev və Anar Məmmədli və başqaları imzalayıb.
1 Akif Qurbanov
2 Altay Göyüşov
3 Anar Məmmədli
4 Aygün Aslanlı
5 Aynur Zərrintac
6 Aytac Əhmədova
7 Azad Qaradərəli
8 Azay Vəlixanov
9 Azər Mehtiyev
10 Bahar Hacızadə
11 Bəşir Süleymanlı
12 Bəxtiyar Hacıyev
13 Cavid Qara
14 Cəlil Cavanşir
15 Cəmil Həsənli
16 Coşqun Qafarov
17 Əbülfəz Qurbanlı
18 Elçin Abdullayev
19 Elçin Şıxlı
20 Ələsgər Əhmədoğlu
21 Əli Hadıyev
22 Elman Fəttah
23 Elmin Bədəlov
24 Elnur Astanbəyli
25 Elvin Bəşirli
26 Elvin Yusifli
27 Elxan Mirzoyev
28 Erkin Qədirli
29 Əvəz Zeynallı
30 Fərhad Mehdiyev
31 Fərhad Yalquzaq
32 Fərqanə Novruzova
33 Firudin Allahverdi
34 Fuad Həsənov
35 Gülər Abbaslı
36 Hikmət Hacızadə
37 Hümbət Təhməzoğlu
38 İlqar Cahangir
39 İntiqam Əliyev
40 İntiqam Hacılı
41 Kamil Piriyev
42 Mahir Mehdi
43 Mehman Əliyev
44 Məhsəti Quluzadə
45 Mələk Nabat
46 Məmməd Məmmədzadə
47 Mirvari Qəhrəmanlı
48 Murad Rüstəm
49 Natiq Cavadlı
50 Natiq Cəfərli
51 Nazim Bəydəmirli
52 Nazlı Ağayeva
53 Nihad Hüseyn
54 Nisə Hacıyeva
55 Oqtay Gülalıyev
56 Orxan Adıgözəl
57 Pərvin Əlisoy
58 Qubad İbadoğlu
59 Rəhman Bədəlov
60 Rəhman Məmmədli
61 Rövşən Ağayev
62 Rövşən Hacıbəyli
63 Rövşən Yerfi
64 Ruslan İzzətli
65 Sabit Bağırov
66 Sadiq Elyer
67 Şahin Cəfərli
68 Şahin Hacıyev
69 Şahin Rzayev
70 Şahvələd Çobanoğlu
71 Samir Əliyev
72 Samir Əsədli
73 Samir Kazımlı
74 Samirə Ağayeva
75 Samit Əliyev
76 Səməd Rəhimli
77 Şəmşad Ağa
78 Sevinc Vaqifqızı
79 Tatyana Kryuçkina
80 Tofiq Yaqublu
81 Toğrul İsmayılov
82 Turan İbrahim
83 Turqut Qəmbər
84 Vahid Məhərrəmli
85 Vasif İsmayıl
86 Vəfa Rüstəm
87 Vüqar Qurdqanlı
88 Xalid Ağəliyev
89 Xalid Bağırov
90 Xaliq Bahadır
91 Xədicə Hacılı
92 Xədicə İsmayıl
93 Yadigar Sadıqov
94 Yalçın İmanov
95 Zahid Hüseynov
96 Zahir Əhmədov
97 Zaur Əkbər
98 Zəfər Əhmədli
99 Ziya Quliyev
100 Zümrüd Yağmur
 
Muxalifet.az