DƏHŞƏTLİ CİNAYƏT: Sevgilisini öldürüb, beynini yedi

Baxış sayı:
2033

ABŞ-ın İndiana ştatında sevgilisini öldürməkdə şübhəli bilinən Cozef Oberxansli hakim qarşısına çıxarılıb.
 
“Daily Mail” xəbər verir ki, cinayət 2014-cü ildə baş verib. 46 yaşlı Temmi Co Blantonun meyiti evinin hamam otağında aşkarlanıb. Araşdırma zamanı onun çoxsaylı bıçaq yarasından öldüyü məlum olub.
 
Bundan başqa, Temminin meyitinin yanında onun beyninin bir hissəsi aşkarlanıb.
 
Aparılan istintaq nəticəsində 38 yaşlı Cozef Oberxansli saxlanılıb. O, ilkin dindirilmə zamanı əməlini etiraf etsə də, sonradan günahsız olduğunu bildirib.
 
Məlum olub ki, Cozef sevgilisini öldürdükdən sonra onun beyninin və ürəyinin bir hissəsini yeyib.