"Çoxarvadlılıq leqallaşsaydı, indi milyard nəfər idik" – Jirinovski

Baxış sayı:
3789

"Slavyanlarda "çoxarvadlılıq" var idi. Hər şey yaxşı idi. Biz bu sistemi pozduq. Halbuki, indi bizim əhalimiz milyard nəfər ola bilərdi". Bizimyol.info xəbər verir ki, bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski dilə gətirib. O, bildirib ki, Rusiyada "çoxarvadlılıq" leqallaşmasa, ölkədə demoqrafik problemləri həll etmək mümkün olmayacaq. Həmçinin, Jirinovski, ölkədə "analıq kapitalı"nın artırılmasının əleyhinə olduğunu vurğulayıb: "Kapitalın məbləğini artırıb, hər doğulan uşağa görə milyon rubl ayırsaq da, analar uşaq dünyaya gətirməyəcək".