Cəmiyyət sosial islahatlarla bağlı nə düşünür? – TƏHLİL

Baxış sayı:
7426

2019-cu ilin 6 ayının yekunlarına əsasən, dövlət büdcəsi gəlirlərinin 440 milyon  manat, vergi yığımlarının 8,8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft  sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqalivəsinin imzalanması iqtisadi göstəricidir. Ötən müddət ərzində iqtisadiyyatın effektinin tənzimləməsi artan bütün gəlirlərin 4 milyondan çox insanın qayğısının güclənməsinə yönəlməyə imkan verir. Bunu mən yox, rəsmilər belə deyir. Amma...
Əmması ondan ibarətdir ki, hazırda cəmiyyətdə iki əsas məsələ müzakirə mövzusudur: aztəminatlı ailəllərdə uşaq pulunu və elektrik enerjisi limitinin artırılması daha vacibdir.
Döğrudur, bəzi mübahisıli məqamlar da var, hec olmasa elektrik enerjisi limitinin tətbiq mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: - Çünki burada bir neçə məqam diskriminasiyanın yaranmasına gətirib çıxarır. Bəzi ailələrdə vətəndaşlar elektrik enerjisini daha aşağı, bəzilərində isə daha yüksək qiymətə istehlak edirlər. Ümumiyyətlə, bu mexanizmidə güzəşt ailə üzvlərinin sayına görə deyil, bir abonentə nəzərdə tutulur. Bu isə böyük ailələrdə elektrik enerjisinin daha yüksək qiymətə istehlak edilməsinə gətirib çıxarır. Biz bilirik ki, ailə üzvlərinin sayı daha çox olan abunəçiləri nisbətən daha zəyif imkanlara malik olan ailələrdir. Onlar bugünkü şərtlər daxilində ailə büdcəsinin ailə fərdlərinə olan nisbəti daha aşağıdır. O baxımdan ilk olaraq bu yanaşmanın özündə dəyişiklik edilməlidir. Çünki sabit limitin abunəyə verilməsi, ailə üzvlərinin sayının nəzərə alınmaması burada diskriminasiya yaradır.                                                                                               
“Ölkədə bəzi abunəçilər yalnız elektrik enerjisindən istifadə edə bilirlər”- deyən söhbət etdiyim iqtisatçı, təbii qaza çıxışı olmayan abonentlərin problemlərini gündəmə gəririr:  “Ölkədə 97 faiz qazlaşmanın aparıldığı deyilsə də, hətta mənim tanıdığım paytaxtın bəzi bölgələrində belə insanların qaza çıxışı yoxdu. Cənub bölgəsinin bəzi kənd, qəsəbələrində yeni salınmış məhəllələrdə qaz təminatı yoxdur. Bu insanlar qaz limitindən istifadə edə bilmirlər, enerji təlabatını tam olaraq elektriklə ödəyirlər. Bu isə onların limiti keçərək, daha yüksək qiymətlə istehlak olunmasına gətirib çıxarır. Əgər limitlə bağlı məsələ müzakirə olunsa, bu məsələ nəzərə alınmalıdır. Orta statistik ailə üçün limitlər minimum 500-600 kilovat –saata çatdırılmalıdır”.

Uşaq pulu ilə bağlı müzakirələrə gəlincə, hazırda ictimaiyyətdə yayılan məlumatlardan və rəsmlərin verdiyi reaksiyalardan aydın olan məqam odur ki, 3 yaşa qədər uşaqlar üçün hər hansı təkmil mexanizmin yaradılmasının və məbləğin artırılmasını nəzərdə tutan təşəbbüslər var. Rəsimlərimizin bu sahədə ciddi addımlar atmasına ehtiyac var. Çünki müasir dövrdə dövlətlərin gücü insan kaptalının həcmi ilə ölçülür, resursiya və vəsaitlə deyil. Biz də insan kapitalının formalaşması üçün müvafiq şərtlər və şərait formalaşdırması vacibdir, bu da rəqabətli iqtisadiyyatın mühüm amillərindən biridir.
Qocaman iqtisadçıların  sözlərinə  görə, sosial siyasət, demoqrafik siyasət insan kapitalı siyasəti birləşdirilməlidir: - Bunun üçünün birgə kombinə edilmiş formasında əhalinin təbii artım sürəti ilə bağlı konkret siyasətin işlənib hazırlanmasının vaxtı coxdan catıb. Bəzi hallarda iddia edirlər ki, Azərbaycanda təbii artım sürəti normaldır, ancaq bu doğru deyil. Təbii artım sürəti 20 il öncə ilə müqayisədə dəfələrlə azalıb. Artıq geniş ailə modeli deyil, kiçik və standart ailə modeli, yəni, yəni 2 valideyin, 2 uşaq modeli daha çox artıb.Eyni zamanda illik artım faizlərinə də öz təsirini göstərir. Uşaq pulu təkcə təbii artım sürətini deyil, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması baxımından da əhmiyyətlidir. Biz prosesi daha çox bu kontekstdən dəyərləndirməyə üstünlük veririk. Bunun üçün Azərbaycanda kifayət qədər maliyyə imkanları var.
Uzun müddət maliyyə sistemində işləmış qocaman iqtisadcı söhbət əsasında vurğuladı ki, hazırda büdcənin 40 faizini sosial xərclər təşkil edir və bu rəqəmin bir qədər də artırilması dövlət üçün problem yatatmayacaq: “İnkşaf etmiş sosialyönümlü iqtisadiyyata malik ölkələrdə dövlət büdcəsinin 60-70 faizi sosial xərclərə yönəlir. Bu isə o deməkdir ki, bizim dövlət büdcəsində də sosial xərclərin artması  üçün imkanlar var. Bu çərçivədə təkmil uşaq pulu mexanizmi hazırlanması vacibdir”.
Ola bilər ki, bu gün cəmiyyətdə müzakirə olunan rəqəmlər daha böyük bir büdcə yükü yaradır. Ancaq bunun mexanizmin müzakirə olunması və daha optimal bir məbləğlə başlanılması yolu ilə bu institutun yaranmasına nail olmaq olar. Məncə, sözdən işə kecməyin vaxtıdır. Zamansa öz axarındadır.

Əlizadə Nəhmədağaoğlu