"Bəzi dəyişikliklər ola bilər" - QURBAN QURBANOV

Baxış sayı:
4029

“Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika da var idi”. "Report"un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1\4 final mərhələsinin ilk oyununda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib. 47 yaşlı mütəxəssis futbolçuların son dəqiqələrə qədər tempi saxladığını bildirib: "Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq”. - Qış fasiləsində gedənlər və gələnlər olacaqmı? - Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər. - Asmir Beqoviç məsələsində bir yenilik var? - Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. “Bornmut” rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir. - Milli komandaya qayıtmaq təklifi alsanız, necə qiymətləndirərsiniz? - Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.