​Bütün dünya bu kəşfdən danışır - Yeni Zelandiyada qeyri-adi su canlısı (VİDEO)

Baxış sayı:
8977

Yeni Zelandiya sahillərində iki dalğıc qeyri-adi kəşfə imza atıb.
Dalğıclar nəhəng soxulcana bənzər heyvanın kadrlarını çəkə biliblər.
8 metr uzunluğu olan və soxulcana bənzər canlının içi boşdur. Videoda ağımtıl rəngli soxulcana bənzər canlının qıvrılaraq yavaş-yavaş üzdüyü görünür. “The New Zealand Herald”ın xəbərinə əsasən, dalğıclar bu günə qədər belə bir şey görmədiklərini, əvvəlcə gözlərinə inanmadıqlarını və uzun coraba bənzər varlığın canlı olduğunu düşünmədiklərini bildiriblər.
Sözügedən canlı isti sularda yaşayır və uzunluğu 2 sm-dən bir neçə metrəyə qədər olur.