​Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək - VİDEO

Baxış sayı:
4042

Bu gün Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.
 
Tədbirdə 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edəcək. Yürüş saat 16:00-da Heydər ƏliyevMərkəzinin qarşısından start götürəcək və Bakının mərkəzi küçələri ilə davam edəcək.
 
Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.
 
Qeyd edək ki, ötən il keçirilən yürüşdə 150-dən çox klassik avtomobil iştirak edib.