Bakıda gənc oğlan parkda bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR
18-07-2019 22:57
Baxış sayı:
14074
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu tanımadığı şəxs tərəfindən parka çağırılıb. Ona bir neçə bıçaq zərbəsi vurulub. O, 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.
Həkimlər tərəfindən İ.İsrafilzadənin vəziyyəti ağır qiymətləndirilib.