Axtarış
The search found 105785 results in 0.058 seconds.
Search results
MÜDAFİƏ NAZİRLİYİNİN 3 GENERALI İŞDƏN ÇIXARILDI - FOTO
Müdafiə Nazirliyinin üç generalı işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenantZahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev tutduğu vəzifədən azad oluranaraq, təqaüdə göndərilib.
Muxalifet2 - 24-04-2021
BAYDEN "ERMƏNİ SOYQIRIMI" DEDİ, TÜRKİYƏDƏN SƏRT REAKSİYALAR GƏLDİ / Yenilənib
ABŞ prezidenti Co Bayden uydurma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında “soyqırımı” ifadəsindən istifadə edib.
Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.
Muxalifet2 - 24-04-2021
"O, BİZİM İŞÇİMİZ DEYİL" - Kəmaləddin Heydərov: “Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək?!”
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib.
Unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:
“O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”.
Muxalifet2 - 24-04-2021
BAYDENİN ÇIXIŞININ ARDINDAN ƏLİYEV ƏRDOĞANA ZƏNG VURDU - ABŞ prezidentinin “erməni soyqırımı” ifadəsi işlətməsi qınandı
Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.
Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.
Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.
Muxalifet2 - 24-04-2021
TƏBİB Kəmaləddin Heydərovu təkzib etdi
TƏBİB fövqəladə hallar naziri Kəmaləddin Heydərovun FHN-in “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşlarının TƏBİB-lə müqavilə əsasında işləməsiylə bağlı mətbuata verdiyi açıqlamaya cavab verib.
Muxalifet2 - 24-04-2021
AZƏRBAYCANIN 48 SİYASİ PARTİYASI BAYDENƏ ETİRAZ ETDİ - Bəyanat
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.
Muxalifet.az bəyanatı təqdim edir.
Muxalifet2 - 24-04-2021
Masallıda iki məktəb direktoru işdən çıxarıldı
Masallı rayonunda iki məktəb direktoru tutduqları vəzifədən azad edilib.
“Report” xəbər verir ki, Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 saylı tam orta məktəbin direktoru Elman Nəzərov müvafiq əmrlə tutduqları vəzifələrindən çıxarılıblar.
Buna səbəb onların işlərində yol verdiyi bir sıra nöqsanlardır.
Muxalifet2 - 24-04-2021
"BAYDENİN BƏYANATI SİYASİ AXMAQLIQ VƏ ƏXLAQSIZLIQDIR!" - Baxçalıdan sərt açıqlamalar
"Müttəfiq olaraq bilinən bir ölkə ilə yolayrıcına gəlinmişdir... Heç bir şey əvvəlki kimi olmayacaq”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı sosial media hesabındakı yazısı ilə Baydenin 1915 hadisələri ilə əlaqədar istifadə etdiyi 'soyqırım' ifadələrini sərt şəkildə qınayıb.
Muxalifet2 - 25-04-2021
“Bayden ABŞ-Türkiyə əməkdaşlığına ciddi zərər vurdu” - AMERİKALI EKSPERT
ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandıran bəyanatı rəsmi Vaşinqton və Ankara arasında ikitərəfli əməkdaşlığı ciddi şəkildə pisləşdirəcək.
Bu barədə Amerika politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
"ABŞ-dakı erməni diaspor qruplarının lehinə və Yerevandakı faşist rejimini dəstəkləyən bu açıqlama dünyada geniş yayılmış və erməni rejimi tərəfindən daxildə və xaricdə qondarma “erməni soyqırımı” ilə əlaqəli təşkil edilən dərin, kök salmış dezinformasiya kampaniyasının sübutudur", - P.Teys bildirib.
Muxalifet2 - 25-04-2021
Nikol Paşinyan istefa verdi - SƏBƏBİNİ AÇIQLADI / VİDEO
Ermənistan Baş Naziri Nikol Paşinyan bazar günü televiziya müraciətində ölkədə erkən parlament seçkiləri keçirmək üçün istefa etdiyini söyləyib.
“RİA Novosti” agentliyinin məlumatına görə o, çıxışında belə deyib:“Bu gün növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi üçün istefa edirəm”.
Muxalifet2 - 25-04-2021
“ABŞ-ın bu addımı dağıdıcı fəsadlara gətirib çıxaracaq” - İSRAİLLİ EKSPERT
Qondarma “erməni soyqırımı”nın tanınması dağıdıcı fəsadlara malik olacaq.
Bunu Trend-ə israilli ekspert, vəkil Eli Naxt deyib.
Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:
"Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, "Cənub axını" qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə, prezident Ərdoğandan qisas almaq niyyətidir".
Muxalifet2 - 25-04-2021
“UNUDURLAR Kİ, QARŞILARINDAKI BÖYÜK TÜRK MİLLƏTİDİR!” – “Dünyada sülhə və ədalətə ən böyük xəyanətdir”
“Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədən ilk ABŞ prezidenti olaraq Türkiyəyə və müsəlmanlara olan münasibətini açıq şəkildə ortaya qoydu. Bu hərəkətin Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olacağı qaçılmazdır və dünyada sülhə və ədalətə ən böyük xəyanətdir”.
Bunları millət vəkili, Milli Məclisin Komitə sədri Sadiq Qurbanov ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasına münasibət bildirərkən deyib.
Muxalifet2 - 25-04-2021
Azərbaycan Ordusunun daha 3 generalı ehtiyata göndərildi
Azərbaycan Ordusunun 3 generalı ehtiyata göndərilib.
Müdafiə Nazirliyi xəbər verir ki ki, onlar - general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə ehtiyata buraxılıblar.
Qeyd edək ki, Z.Hüseynov Baş Qərargah rəisinin birinci müavini, R.Əliyev Nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, L.Əliyev isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi vəzifələrini icra edirdilər.
Muxalifet2 - 25-04-2021
“ROKETSAN” Azərbaycana uzaqmənzilli raketlər və daha nələr verdi... - “ALTAY” TANKLARI VƏ “ATAK” VERTOLYOTLARI DA ALINACAQ
“Türkiye” qəzeti Azərbaycanla Türkiyə arasında dərin hərbi-texniki əməkdaşlıq haqda yazır.
Muxalifet2 - 25-04-2021
LUKAŞENKO ONA QARŞI QƏSD PLANININ TƏFƏRRÜATLARINI DANIŞDI - “Prezidenti kənddəki iqamətgahı ilə birlikdə məhv etmək, 10 milyon dollara...”
Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Qomel vilayətində bir qrup jurnalistlə söhbətində ona qarşı hazırlanmış sui-qəsd və çevriliş planının təfərrüatları haqda danışıb. Bildirib ki, variantlardan biri prezident kortejinin qarşısını kəsib məhv etmək, digəri prezidenti kənddəki iqamətgahı ilə birlikdə məhv etmək olub.
Muxalifet2 - 25-04-2021
"AYDINDIR Kİ, BU, ONUN İLK CİNSİ İSTİSMARI DEYİL" - Türkiyənin usta qələmi Mirələmovdan yazdı
“Hürriyyet”in yazarı Ərtuğrul Özkök:"Adama hər şey deyə bilərəm..."
Türkiyə mətbuatının usta qələmlərindən olan Ərtuğrul Özkök sabiq deputat Hüseynbala Mirələmovla bağlı ölkədə yaşanan qalmaqaldan yazıb.
Musavat.com xəbər verir ki, “Sabık deputattan biyarbırçi görüntü” başlıqlı köşə “Hüriyyet” qəzetində və saytında yer alıb. Köşə yazarı özünəməxsus üslubda hadisəyə fərqli bir baxış sərgiləyib. Yazını Azərbaycan türkcəsində təqdim edirik:
“"Sabık" Osmanlı türkcəsində “keçmiş” deməkdir.
Muxalifet2 - 25-04-2021
Türkiyə ABŞ hərbçilərini “İncirlik” aviabazasından çıxara bilər
Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçek ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlərin ardından bu ölkənin hərbi qüvvələrinin Türkiyənin İncirlikdəki hərbi bazasından istifadəsinə qadağa qoyulması təklifini irəli sürüb.
Bu barədə siyasətçi Türkiyə mediasına açıqlamasında bildirib.
“Türkiyə Silahlı Qüvvələri “İncirlik” aviabazası üzərində tam nəzarəti bərqərar etməli və oradakı ABŞ hərbçilərini 15 gün ərzində evlərinə qaytarmalıdır”, -deyə partiya sədri bəyan edib.
Muxalifet2 - 25-04-2021
Arif Quliyev koronavirusa yoluxub - VƏZİYYƏTİ AĞIRDIR
Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub, vəziyyəti ağırdır.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
Bildirilib ki, Xalq artisti bir neçə gün əvvəl “Yeni klinika”ya yerləşdirilib: “Səkkiz gündür ki, virusa youxub. Bu gün vəziyyəti çox pis olduğuna görə, süni tənəffüs aparatına qoşulub. Vəziyyəti olduqca kritikdir. Həkimlər əllərindən gələni edirlər”.
“Yeni klinika”dan “Report”a bildirilib ki, A.Quliyev hazırda reanimasiya şöbəsindədir.
Muxalifet2 - 26-04-2021
Bu dəfə “Aksungur” hədəfi 340 kiloqram döyüş başlıqlı “ağıllı” bomba ilə vurdu 30 KİLOMETR MƏSAFƏDƏN... / VİDEO
Türkiyənin hərbi sənayesi daha bir döyüş pilotsuz təyyarəsinin ağllı bomba tətbiq etməklə döyüş sınaqlarını uğurla həyata keçirib.
Virtualaz.org xəbər verir ki, ötən gün TÜSAŞ ( Türkiyə Havacılık və Uzay Sənayesi ) şirkətinin işləyib hazırladığı uzaqmənzilli “Aksungur” döyüş pilotsuz təyyarəsi 340 kiloqram ağırlığında döyüş başlığına malik KGK-82 ağıllı bombası ilə ilk döyüş atışı həyata keçirərək 30 kilometrdən artıq məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Ağıllı döyüş sursatının hədəfi 2.5 metr dəqiqliklə vurduğu bildirilir.
Muxalifet2 - 26-04-2021
"Lukaşenkoya qarşı sui-qəsd cəhdində Baydenin müşavirinin əli var" - SENSASİON İDDİA
Belarusda dövlət çevrilişi və respublikanın prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlığında ABŞ prezidenti Co Baydenin müşaviri Maykl Karpenterin əli var.
Məlumatı Belarusun ONT dövlət telekanalı yayıb.
Telekanal bunların hamısının həqiqətən tam ciddi olduğunu və Birləşmiş Ştatların iştirakı olmadan başa gəlmədiyini bildirib.
Muxalifet2 - 26-04-2021