Azərbaycan Ordusunun daha 3 generalı ehtiyata göndərildi

Baxış sayı:
759

Azərbaycan Ordusunun 3 generalı ehtiyata göndərilib.

Müdafiə Nazirliyi xəbər verir ki ki, onlar - general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə ehtiyata buraxılıblar.

Qeyd edək ki, Z.Hüseynov Baş Qərargah rəisinin birinci müavini, R.Əliyev Nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, L.Əliyev isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi vəzifələrini icra edirdilər.