Masallıda iki məktəb direktoru işdən çıxarıldı

Baxış sayı:
1249

Masallı rayonunda iki məktəb direktoru tutduqları vəzifədən azad edilib.

“Report” xəbər verir ki, Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 saylı tam orta məktəbin direktoru Elman Nəzərov müvafiq əmrlə tutduqları vəzifələrindən çıxarılıblar.

Buna səbəb onların işlərində yol verdiyi bir sıra nöqsanlardır.