Axtarış
The search found 105785 results in 0.016 seconds.
Search results
""Turan"a qarşı təzyiqlər azad medianın susdurulması cəhdidir" - XƏDİCƏ İSMAYIL
"Turan" informasiya agentliyində Vergilər nazirliyinin nümayəndələrinin axtarışı müşahidəçilər tərəfindən Azərbaycanda müstəqil mediaya qarşı təzyiq kimi qəbul edilir.
Muxalifet - 19-08-2017
Fətəli xan Xoyskinin qardaşı nəvəsi: "Əli bəy Hüseynzadə üç il evimizdə gizli fəaliyyət göstərib" - MÜSAHİBƏ
Kərim Məhmətzadə: Anam mühacirətdən öz qohumlarına məktubu Zeynəb Xanlarova ilə göndərib
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadənin "Report"un Türkiyə bürosuna müsahibəsi.
- Kərim bəy, özünüz haqqında qısa məlumat verərdiniz...Muxalifet - 19-08-2017
Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb
Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in saytıın məlumatına görə, avqustun 18-də saat 9 radələrində Beyləqan rayonunun Kəbirli kəndində rayon sakini Şakir Sarıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Gülüstan Hüseynovanı vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 19-08-2017
“Mersedes” qadını vuraraq öldürüb - ABŞERONDA
Abşeronda avtomobil qadını vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Beyləqan rayon sakini Rahib Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 28 May qəsəbə sakini Almaz İsayevanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./apaMuxalifet - 19-08-2017
Maştağada “UAZ” motosikletlə toqquşub, ÖLƏN VAR
Bakıda minik avtomobili motosikletlə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi “UAZ” markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub.
Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 19-08-2017
ABŞ incəsənət komitəsi istefaya getdi — Trampı da eyni addımı atmağa səslədilər
ABŞ-da prezidentin mədəniyyət və təhsil komitəsinin üzvləri tam heyətlə istefaya gediblər.
ABŞ prezidenti Donald Trampın ritorikası ilə razılaşmayan komitə bu addımı atıb. Üzvlər eyni zamanda Trampı da istefa verməyə səsləyiblər.
Üzvlərin Trampa yazdığı və istefalarının qəbul edilməsinin rica edildiyi məktubda deyilir: "Həqiqəti söyləmək hər zaman asan olmur. Amma cənab prezident, şura üzvləri olaraq bizim rolumuz ondan ibarətdir ki, ritorikanızı qəbul etsək, sizin sözləriniz və hərəkətlərinizin iştirakçısı ola bilərik".Muxalifet - 19-08-2017
Ərdoğana sui-qəsd: killerlər son anda ələ keçdi
Türkiyənin Balıkesir şəhərində keçirilən əməliyyat nəticəsində Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan 3 FETÖ üzvü saxlanılıb.
“Axşam” qəzetinə istinadən xəbər verir ki, şübhəli şəxslər dindirilmə zamanı Ərdoğana və digər dövlət rəsmilərinə qarşı sui-qəsd planlaşdırdıqlarını etiraf ediblər.
Üzərlərində xeyli sayda silah-sursat aşkarlanan şübhəlilərdən biri ölkədən qovulmuş keçmiş dövlət qulluqçusu, digəri isə biznesmendir.Muxalifet - 19-08-2017
"Putin Krımdan çıxsa, devriləcək" – Rus siyasətçi
Əgər Rusiya Prezidenti Vladimir Putin Krımla bağlı mövqeyini dəyişsə, Rusiyadakı hakimiyyətini itirəcək.
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı eks-deputat İlyan Ponomaryov söyləyib.Muxalifet - 19-08-2017
Tovuzda camış qadınlara hücum etdi: 1 ölü, 1 yaralı
Tovuz rayonunda camış biri qadını vuraraq öldürüb, digərini yaralayıb.
Hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.
Yaralı, 1968-ci il təvəllüdlü Məryəm Müslüm qızı Paşayeva ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 19-08-2017
Rusiyada Terror hücumu?
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində naməlum və bəzi mənbələrə görə, maskalı şəxslər şəhərin mərkəzi küçələrindən birində piyadaılara hücum edib.
Muxalifet - 19-08-2017
Göyçay İcra Hakimiyyətinin qərarı ETİRAZ DOĞURDU
Göyçay Rayon İcra Hakimiyyəti rayonun mərkəzi bazarını bağlayıb. İllərdir burada ticarətlə məşğul olan şəxslərə icra başçısının yeni açdığı bazara köçmək təklif olunub. Lakin bu təkliflə və şərtlərlə razılaşmayan ticarətçilər bu gün səhər bazarın daşla hörülən qapısını dağıdıblar.
Muxalifet - 19-08-2017
Metronun "Sahil" stansiyası 1 illik təmirə bağlanır
Avqustun 21-də səhər saatlarından metronun "Sahil" stansiyası təmirə bağlanır.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq.
"Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.Muxalifet - 19-08-2017
Bakıda oğru dəstə saxlanıldı: aralarında qadın da var
Bakıda oğurluq edən qrup üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da rayon ərazisindəki mənzillərin birindən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Baba Sadıqov, Afiyə Sadıqova və Elnur Qarayev tutulublar.Muxalifet - 19-08-2017
Fantastik UNO rus qırıcılarını izlədi - VİDEO
YouTube videohostinqində Su-34 qırıcılarının uçuşunu yerləşdirən operator onları fantastik sürətə malik UNO-nun izlədiyini müşahidə edib. Bunu ancaq videonun sürətini tam azaltdıqdan sonra görmək mümkün olub.
esoreiter.ru xəbər verir ki, videodan göründüyü kimi, UNO-nun etdiyi manevrlər həm sürət, həm ağılalmaz hərəkətlər baxımından istənilən müasir uçuş aparatlarını heyrətamiz ölçüdə geridə qoyur.Muxalifet - 19-08-2017
"Hepatit C"-nin müalicəsi tapıldı
Hazırda dünya əhalisinin 3-4 milyonu ölümcül Hepatit C virusundan əziyyət çəkir. Hepatit C qan köçürməsi zamanı, tibbi alətlərlə və s. üsullarla yoluxur.
MDB ölkələri Hepatitin ən çox yayıldığı ərazidir. Tibdə böyük nailiyyət qazanmış İsrail səhiyyəsində bu xəstəliyin müalicə yollarını kəşf edilib.
İsrail hepotoloqları artıq yeni dərmanlar və ən son müalicə üsulu ilə bu dəhşətli xəstəliyi sağaltmağa nail olublar. İlk mərhələlərdə xəstəliyin müalicəsi olduqca asan və problemsiz tamamlanır.Muxalifet - 19-08-2017
Rusiyada insanlara bıçaqla hücum edən terrorçu məhv edilib - VİDEO
Rusiyanın Surqut şəhərində bıçaqlı şəxs ətrafdakı insanlara hücum edib.
”Sputnik” xəbər verir ki, yerli vaxtla 11:20-də baş verən hadisə nəticəsində 8 nəfər yaralanıb.
Məlumata görə, polis cinayətkarı qətlə yetirərək zərərsizləşdirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 19-08-2017
Merkelə şok: alman şirkətləri Türkiyəyə gedir
Almaniya kansleri Angela Merkelin “Gömrük Birliyi razılaşmasını Türkiyənin lehinə yeniləməyi düşünmürük” açıqlamasından sonra daha bir alman şirkəti Türkiyəyə sərmayə yatıracağını açıqlayıb.
Almaniya siyasətçilərinin Türkiyə əleyhinə çıxışlar etməsinə baxmayaraq, bu ölkənin nəhəng səhiyyə şirkəti “Synlab” yeni labortatoriyasını Türkiyədə quracağını elan edib.Muxalifet - 19-08-2017
Şoyqu suriyalı generalı təltif etdi: silah bağışladı
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Suriya ordusunun briqada generalı Həsən Suheli təltif edib.
Bunu Xmeymim aviabazasına səfəri zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov açıqlayıb.
Sergey Şoyqu suriyalı generala təşəkkür məktubu ünvanlayıb və ona soyuq silah bağışlayıb.
General Həsən Suhel Deyr-əz-Zor şəhəri yaxınlığına desant çıxarılması əməliyyatının uğurla başa çatmasına görə təltif edilib.Muxalifet - 19-08-2017
Rusiyadan şok etiraf: “Miqrasiya ölkəni süquta aparır”
Rusiyanın paytaxtı Urala köçürülməlidir.
Bu təkliflə Rusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov çıxış edib. O, artıq bu təklifini Rusiya Prezidenti Vladimir Putinə göndərdiyini bildirib:
“Rusiyada hipermərkəzləşmə gedir. Moskva regionu artıq ölkə əhalisinin beşdə birini özündə toplayıb. Daxili miqrasiya ucbatından Rusiya özünün geosiyasi üstünlüyünü və suverenliyini itirə bilər”.Muxalifet - 19-08-2017
Trampdan növbəti sərsəmləmə: İslami terroristləri donuz qanıyla güllələyin
ABŞ Prezidenti Donald Tramp Barselonadakı terror hücumu ilə bağlı məsuliyyəti İŞİD-in öz üzərinə götürməsinə reaksiya verib.
Tramp Tvitter hesabında “O vaxt general Perşinqin ələ keçən terrorçulara nələr etdiyini araşdırın. Onun bu taktikasından sonra islami terrorun kökü kəsilmişdi” yazıb.
Qeyd edək ki, Trampın adını çəkdiyi general Con Perşinq 1913-cü ildə Filippində üsyan edən müsəlmanları donuz qanına batırılmış güllələrlə öldürmüşdü./axar.azMuxalifet - 19-08-2017