​ Tovuzda camış qadınlara hücum etdi: 1 ölü, 1 yaralı

Tovuz rayonunda camış biri qadını vuraraq öldürüb, digərini yaralayıb.
 
Hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.
Yaralı, 1968-ci il təvəllüdlü Məryəm Müslüm qızı Paşayeva ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.