"Putin Krımdan çıxsa, devriləcək" – Rus siyasətçi
19-08-2017 12:19

Əgər Rusiya Prezidenti Vladimir Putin Krımla bağlı mövqeyini dəyişsə, Rusiyadakı hakimiyyətini itirəcək.
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı eks-deputat İlyan Ponomaryov söyləyib.
“Putin mütəmadi olaraq nümayiş etdirir ki, Krımla bağlı məsələyə artıq nöqtə qoyulub. O, sağ olduğu müddət ərzində Krım məsələsi ilə bağlı heç bir sövdələşməyə getməyəcək. Putin bilir ki, mövqeyini dəyişdiyi gün hakimiyyətini itirəcək. Krımın anneksiyası Maydana cavab idi və qorxudan irəliyə doğru atılan addım idi. Moskva qorxurdu ki, inqilab Rusiyaya da gələ bilər. Ona görə də Kreml insanlara inqilabın nə dərəcədə qorxulu olduğunu göstərməyə başladı”, - deyə o bildirib./axar.az