Ərdoğana sui-qəsd: killerlər son anda ələ keçdi
19-08-2017 12:14

Türkiyənin Balıkesir şəhərində keçirilən əməliyyat nəticəsində Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan 3 FETÖ üzvü saxlanılıb.
“Axşam” qəzetinə istinadən xəbər verir ki, şübhəli şəxslər dindirilmə zamanı Ərdoğana və digər dövlət rəsmilərinə qarşı sui-qəsd planlaşdırdıqlarını etiraf ediblər.
Üzərlərində xeyli sayda silah-sursat aşkarlanan şübhəlilərdən biri ölkədən qovulmuş keçmiş dövlət qulluqçusu, digəri isə biznesmendir.