Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Nail Allahverdiyevin törətdiyi qəzanı kim gizlədib?

    Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən millət vəkillərinin də hadisəyə münasibət sərgiləmələri ilə yadda qaldı.
     

    Muxalifet - 17-08-2017

  2. Ermənistanın baş naziri Talış kəndinə gəlib

    Ermənistanın baş naziri Karen Karapetyan işğal altında olan Dağlıq Qarabağa gəlib.
     
    AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni baş nazir avqustun 16-da Əsgəran, Xocavənd və Ağdərə istiqamətlərində, o cümlədən TərTər rayonunun Madagiz və Talış kəndində olub.

    Muxalifet - 17-08-2017

  3. Türkiyə ordusunda istefa - Təcili

    Türkiyə Hərbi Dəniz Donanmasının komandiri, admiral Veysəl Kösələ istefa verib.
     
    Türkiyə mediası xəbər verir ki, bu məlumatı prezidentin sözçüsü İbrahim Kalın bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
    Veysəl Köşələnin istefa səbəbi açıqlanmır.

    Muxalifet - 17-08-2017

  4. Ermənistanın NATO təlimində olması rusları qıcıqlandırıb...

    “Moskvada Ermənistanın Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı faktını həzm edə bilmirlər”.
     
    Bu sözləri erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.
    Ermənistanın təlimlərdə iştirakının əvvəlcədən Moskva ilə uyğunlaşdırılmasını istisna etməyən şərhçi bununla belə hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib.

    Muxalifet - 17-08-2017

  5. Kürdlər müstəqillik referendumunu təxirə salırlar – ŞƏRTLƏR

    Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınması üçün şərtlərini açıqlayıb.
     
    Türkiyə KİV-i xəbər verir ki, şərtlər İraq mərkəzi hökumətin nümayəndələri ilə görüşdə irəli sürülüb.
    Məlumata görə, kürd muxtariyyətinin irəli sürdüyü şərtlər aşağıdakılardır:
    - “Kürdüstan” bölgəsinə ayrılan büdcə vəsaitinin göndərilməsi
    - İraq Konstitusiyasının 140-cı maddəsinin tətbiq olunması (Kərkük başda olmaqla mübahisəli bölgələrin statusunun müəyyən edilməsi)

    Muxalifet - 17-08-2017

  6. 6 günlük körpənin qatili nənəsi deyil - ŞOK İDDİA

    Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.
     
    İddiaya görə, ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil.
    Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.

    Muxalifet - 17-08-2017

  7. ABŞ da Şimali Koreyadan sonra “sülh” dedi

    ABŞ və Şimali Koreya arasında sülh yaranma ehtimalı var.
     
    Bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford deyib. Pekinə səfər edən Cozef Danford problemin hərbi yolla həllinin qorxunc olduğunu bildirib.
    “Hazırda əlimizdə bir çox seçim var. Amma məsələni sülh yolu ilə həll edə biləcək gücdəyik”, - Cozef Dunford deyib.

    Muxalifet - 17-08-2017

  8. Pentaqon rəhbəri Türkiyəyə gedəcək

    ABŞ-ın Müdafiə naziri Ceyms Mettis yaxın günlərdə Türkiyəyə səfər edəcək.
     
    Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bildirib.
    Ancaq səfərin dəqiq tarixi açıqlanmayıb.
    İ.Kalın bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 21-də İordaniayay səfər edəcək. Onun sözlərinə görə, səfər zamanı Suriya, İraq və Fələstinlə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir./axar.az

    Muxalifet - 17-08-2017

  9. UEFA "Kopenhagen"in Maksim Medvedevlə bağlı şikayətini rədd edib

    Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb
     
    UEFA Danimarka "Kopenhagen"inin "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb. "Kopenhagen"in rəsmi saytının verdiyi məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
    Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək. 

    Muxalifet - 17-08-2017

  10. Ukrayna: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”

    Oleq Slobodyan: Etibarsız pasport müsadirə edilir
     
    "Ukrayna sərhədçiləri Mixeil Saakaşvilini etibarsız pasportla ölkəyə buraxmayacaqlar".
    Bunu Ukrayna Sərhəd Xidmətinin sözçüsü Oleq Slobodyan “İnterfax-Ukraina”ya bildirib.
    Onun sözlərinə görə, belə halda etibarsız pasport müsadirə edilir, həmin şəxs isə ölkə ərazisinə buraxılmır: “Belə bir şəxs gəldiyi yerə geri dönməlidir”.

    Muxalifet - 17-08-2017

  11. Keçmiş məhkum qonşusunu bıçaqlayıb - QOBUSTANDA

    Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.
     
    Hadisə Qobustan şəhərində qeydə alınıb. Rayon sakini Qəribov Qədir Məhəmməd oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu, 1969-cu il təvəllüdlü Qurbanov İlqar Hacıbaba oğlunu bıçaqlayıb. Döş qəfəsi və sol budundan bir neçə bıçaq xəsarəti alan İlqar Qurbanov təcili olaraq Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
     Hadisəni törədən şəxs, əvvəllər məhkumluq həyatı sürmüş Qədir Qəribov tutularaq istintaqa təhvil verilib.

    Muxalifet - 17-08-2017

  12. Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

    Sumqayıtda yaşayış binasında yanğın olub.
     
    Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd "LG" markalı televizor və mebel 3 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub. Mənzil yanğından mühafizə edilib.
     Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet - 17-08-2017

  13. "ƏRİMİN TƏK SƏHVİ MƏNDƏN CAVAN OLMASIDIR" - Fransanın birinci xanımı

    Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ilk dəfə müsahibə verib.
     
    Birinci xanımın müsahibəsi "Elle" jurnalında yayımlanacaq.
    Emmanuel ilə litsey müəllimi olduğu dövrdə tanış olan və Fransa prezidentindən 25 yaş böyük olan 64 yaşlı Bricit münasibətləri haqqında "Əgər sevgimizin ardınca getməsəydim həyatımı bərbad edərdim"-deyib.
    Reportajda xanım Makron "Ərimin yeganə səhvi məndən cavan olmasıdır"-fikrini bildirib.

    Muxalifet - 17-08-2017

  14. Qərar dəyişdi: “Turan”ın 7 illik fəaliyyəti araşdırılacaq

    Vergilər Nazirliyi Turan-ın fəaliyyətinin daha geniş dövrünü araşdırmaq qərarına gəlib
     
    Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Turan İnformasiya Agentliyinin 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətinin yoxlanılması haqqında 7 avqust tarixli qərarını ləğv edib.
    İndi departament 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədərki dövr üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul edib. Bu barədə qərar bu gün Agentliyin direktoru Mehman Əliyevə təqdim edilib.

    Muxalifet - 17-08-2017

  15. Göygöldə dəhşətli qətl: Qadının başını bədənindən ayırıblar

    Göygöl rayonunda 2 qadın qətlə yetirilib.
     
    Hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
    Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.
    Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.

    Muxalifet - 17-08-2017

  16. Qız sevgilisi ilə birgə atasını döyərək bıçaqladı - GÖYGÖLDƏ

    Göygöl rayonunda 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb.
     
    Hadisə rayonun Çaykənd kəndində baş verib.
    Belə ki, həmin kəndin sakini 1969-cu il təvəllüdlü Budaq Vəli oğlu Abdullayev  traktorçu işləmək üçün Şəmkir rayonuna gedib.

    Muxalifet - 17-08-2017

  17. MİT PKK-nın Suriya planını pozdu - FOTO

    Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatı (MİT) PKK terror təşkilatının xain planının qarşısını alıb.
     
    Türkiyə KİV-i xəbər verir ki, Mardin vilayətinin Nusaybin mahalında MİT-in bölgə üzrə idarəsinin keçirdiyi əməliyyatın gedişatında 40 metr uzunluğundakı tunel tapılıb.
    Hələ də qazılmaqda olan tunellə Suriyadan Mardin vilayətinə silah-sursat və canlı qüvvənin daşınması planlaşdırılırdı./publika.az

    Muxalifet - 17-08-2017

  18. İran raket proqramını genişləndirir

    “İran raket, xüsusilə ballistik və qanadlı raketlər üzrə müdafiə potensialını artıracaq”.
     
    “Press TV” xəbər verir ki, bunu İran müdafiə nazirinin müavini, briqada generalı Əmir Xatəmi parlamentdə nazir postuna namizədliyi müzakirə olunarakən etdiyi çıxışda bildirib.
    İran prezidenti Həsən Ruhani onun namizədliyini müdafiə naziri vəzifəsinə irəli sürüb.

    Muxalifet - 17-08-2017

  19. Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub - YENİLƏNİB-2

    Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.
    Məlumata görə ailənin iki övladı var.
    Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 17-08-2017

  20. Barselonada terror: yük maşınını kütləyə çırpdı - 13 nəfər ölüb, 20 nəfər xəsarət alıb

    İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi furqon tipli yük avtomobili kütləyə çırpması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.
     
    Sürücü insidentdən dərhal sonra hadisə yerindən qaçıb.
     Polis hadisəni terror aktı adlandırıb.
     Hadisə yerinə xeyli polis əməkdaşları və həkim briqadaları cəlb edilib.

    Muxalifet - 17-08-2017

Pages