Keçmiş məhkum qonşusunu bıçaqlayıb - QOBUSTANDA

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Hadisə Qobustan şəhərində qeydə alınıb. Rayon sakini Qəribov Qədir Məhəmməd oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu, 1969-cu il təvəllüdlü Qurbanov İlqar Hacıbaba oğlunu bıçaqlayıb. Döş qəfəsi və sol budundan bir neçə bıçaq xəsarəti alan İlqar Qurbanov təcili olaraq Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 Hadisəni törədən şəxs, əvvəllər məhkumluq həyatı sürmüş Qədir Qəribov tutularaq istintaqa təhvil verilib.
 Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.