UEFA "Kopenhagen"in Maksim Medvedevlə bağlı şikayətini rədd edib

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb
 
UEFA Danimarka "Kopenhagen"inin "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb. "Kopenhagen"in rəsmi saytının verdiyi məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək. 
Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi.