Ermənistanın baş naziri Talış kəndinə gəlib

Ermənistanın baş naziri Karen Karapetyan işğal altında olan Dağlıq Qarabağa gəlib.
 
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni baş nazir avqustun 16-da Əsgəran, Xocavənd və Ağdərə istiqamətlərində, o cümlədən TərTər rayonunun Madagiz və Talış kəndində olub.
Təəssüf ki, yalnız Ermənistan mediasının verdiyi informasiyalarla hansı yadellilərin işğalda olan torpaqlarımıza gəlib-getdiyini bilirik. Bizə isə yalnız təəssüf etmək qalır. Halbuki bunu özümüz əvvəlcədən bilsəydik müəyyən kəşfiyyat kanallarından heç olmazsa, Karapetyan kimi düşmənlərə bir salyut atəşi ilə “xoş gəldin” edərdik ki, bilsinlər, buraların sahibi onlar deyillər. Ən azından bu qədəri...
Müxalifet.az