Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
ABŞ KXDR-ə bombardmançı təyyarələrlə cavab verdi
Amerika Birləşmiş Ştatlarına məxsus səsdən sürətli uçan B-1 təyyarələri Koreya yarımadasının üzərindən keçib.
Bu hadisə Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raketi sınaqdan keçirdikdən sonra baş verib.
Nüvə başlıqları daşıya bilən təyyarələr Cənubi Koreya qırıcılarının müşaiyəti ilə uçuşu etdikdən sonra Quam adasındakı hava limanına eniblər.
Bununla da ABŞ hərbçiləri Şimalı Koreyanın ballistik raket sınağına cavab vermiş olublar.Muxalifet - 30-07-2017
Bakıda "Jeep" piyadanı VURUB - Ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində "Jeep" markalı, 99 FO 004 dövlət nömrə nişanlı avtomobil orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda ölən şəxsin kimliyi araşdırılır.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.Muxalifet - 30-07-2017
Bakıda yanğın - Külək alovu söndürməyə imkan vermir/FOTO
Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb.
Trend-in məlumatına görə, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.
Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.
Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil.Muxalifet - 30-07-2017
ABŞ-ın vitse prezidenti Estoniya, Gürcüstan və Makedoniyaya səfər edəcək
Vitse-prezident Mayk Pens, Rusiyanın qonşuluğunda yerləşən üç ölkəyə NATO-nun dəstəyini nümayiş etdirmək məqsədilə bazar ertəsindən etibarən səfərə başlayacaq.
Ağ Evin rəsmilərinin mətbuata verdiyi məlumata əsasən, Pens, səfəri zamanı ABŞ-ın ticarət və sərmayə dəstəyini qeyd etməklə bərabər, hər üç ölkənin təhlükəsizliyi ilə bağlı ABŞ-ın öhdəliyini vurğulayacağı gözlənilir. Vitse-prezident həm də, ifadə azaqlığı, demokratiya və dini tolerantlıq dəyərlərinin əhəmiyyətini də qeyd etmək niyyətindədir.Muxalifet - 30-07-2017
Tesla-dan Model 3 elektromobili
Kaliforniyada Tesla-nın Model 3 elektrik maşınlarının ilk otuz alıcıya təntənəli təqdimetmə mərasimi keçirildi.
Model 3 Teslanın ən əlverişli elektromobili hesab edilir. Həmin modelin standart versiyasının satış qiyməti 35,000 ABŞ dollarıdır. Bu model bir dəfə topladığı enerji ilə 350 kilometr hərəkət edə biləcək.
Qiyməti 44,000 ABŞ dolları olan modelin gücləndirilmiş batareyalı Model 3-ün isə fasiləsiz 500 kilometr hərəkət etmək gücü var.Muxalifet - 30-07-2017
Gəncədə VAZ-2107 piyadanı vuraraq öldürüb
Gəncə-Daşkəsən yolunda piyadanı maşın vurub öldürüb.
Hadisə "Mal Bazarı" deyilən ərazinin yaxınlığında baş verib. "VAZ-2107" markalı avtomobil yolu keçən 50-55 yaşlı piyadanı vuraraq öldürüb.
Maşının dövlət nömrə nişanı 20-CV-036 . Piyada elə sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır./reportMuxalifet - 30-07-2017
"Məni dələduzluq yolu ilə vətəndaşlıqdan məhrum ediblər" - Saakaşvili
O anketlərdəki mənim imzam deyil
Gürcüstanın sabiq prezidenti, həmçinin Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Sakaşvili Ukrayna vətəndaşlığından ələduzluq yolu ilə məhrum edildiyini iddia edir.
Saakaşvili deyir ki, onu vətəndaşlıqdan çıxarılmasına əsas göstərilən sənədləri heç vaxt imzalamayıb.
"Məş şokdayam! İndicə həmin anketlərin kopyalarına baxdım. Bu sənədlərə əsasən prezident məni vətəndaşlıqdan məhrum edib. Mən bütün məsuliyyətimlə bildirirəm ki, o anketlərdəki mənim imzam deyil", - o vurğulayıb.Muxalifet - 30-07-2017
Quyuya atılan 6 günlük körpə ilə bağlı bəzi TƏFƏRRÜAT
Lənkəranda 6 günlük körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Muxalifet - 30-07-2017
Bərdədə kişi həyat yoldaşını baltalayıb
Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər
Bərdə rayonunda 60 yaşlı kişi öz həyat yoldaşını baltalayıb.
Hadisə Rayonun Heydər Əliyev prospektində baş verib.
Səhər saatlarında 60 yaşlı Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı 57 yaşlı Allahverdiyeva Diləfruz İsmayıl qızına bir neçə dəfə balta ilə zərbə endirib. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər.Muxalifet - 30-07-2017
Ordumuz şəhid verib - ERMƏNİLƏR ATƏŞKƏSİ POZUB
Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub
İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.Muxalifet - 30-07-2017
Bərdədə ağır yol qəzası – 5 nəfər yaralanıb
Bərdədə ağır yol qəzasında 5 nəfər xəsarət alıb
Bərdədə 5 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Report xəbər verir ki, ha...
Bərdədə 5 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.Muxalifet - 30-07-2017
Gürcüstanda NATO hərbi təlimləri başlayıb
Gürcüstanda NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərinin Tbilisi yaxınlığında Vaziani hərbi aerodromunda rəsmi açılışı olub.
Açılış mərasimində çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili hərbi təlimlərin əhəmiyyətindən danışıb və hərbçilərə uğurlar arzu edib.
Dövlət başçısı deyib ki, artıq üçüncü ildir ki, birgə təlimlər təşkil olunur: “Hərbi təlimlərin ənənəvi xarakter alması çox vacibdir. Əminəm ki, təlimlərdə iştirak edən hərbçilər maraqlı təcrübə əldə edəcəklər”.Muxalifet - 30-07-2017
Motosikletlə “KAMAZ” toqquşdu, bir nəfər ağır yaralandı
Göyçayda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Kürdəmiş kənd sakini, 1966-cı il təvəllüdlü Fətullayev Zülfüqar Məmməd oğlu idarə etdiyi motosiklet qarşı tərəfdən gələn “KAMAZ” markalı yük avtomobilinə çırpıb. Hadisə zamanı motosikletin sürücüsü Z.Fətullayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Muxalifet - 30-07-2017
42 yaşlı kişi özünü ASIB - GÖYÇAYDA
Göyçay rayonunda intihar hadisəsi baş verib.
Hadisə bu gün saat 12:00 radələrində rayonun Qaraməryəm kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Yalçın Nağı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Muxalifet - 30-07-2017
Casus quş ələ keçirildi - İNANILMAZ OLAY
Suriya ilə sərhəddə casus quş saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, Suriyanın şimal-qərbində, Hələbə 60 kilometr məsafədə yerləşən İdlib şəhərində üzərində kamera olan casus quş vurulub.
Xəbərə görə, İdlib çölündə Azad Suriya Ordusunun əsgərləri havada uçan bir quşu müşahidə ediblər. Quşun hər gün davamlı olaraq eyni bölgədə uçduğu əsgərlərdə müəyyən şübhə yaradıb.
Müxalifəti təmsil edən əsgərlər atəş açaraq quşu vura bilib. Bu zaman bəlli olub ki, quşun üzərində kamera yerləşdirilib. Ayrıca başqa bir cihaz da aşkar edilib.Muxalifet - 30-07-2017
Almaniya ilə Türkiyə arasında krizisin səbəbkarı - Aleksandr Neu
Almaniya və Türkiyə arasında yaşanan böhranının səbəbi ortaya çıxıb.
Türk-alman münasibətləri Aleksandr Neu adlı şəxs səbəbindən soyuyub və düzəlməz həddə çatıb.
Der Spiegel Jurnalı xəbər verir ki, münasibətlərin pisləşməsində klumunasiya nöqtəsi Alman deputatların Konyadakı NATO bazasını ziyarət etməsinə icazə verilməməsi olub. Alman tərəfi bu məsələni şişirtsə də, icazəninin verilməməsi səbəbinin üzərindən sükutla keçib.Muxalifet - 30-07-2017
Erməni general Qarabağ “boss”larını azarladı: “Kasıb ölkədə zəngin yaşamaq ayıbdır”
Ermənistan ordusunun “gücü” haqda daim populist çıxışlar edən “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan ölkəsinin acınacaqlı vəziyyəti haqda etiraflar edib.
Ter-Tadevosyan insanların Ermənistanı tərk etdiyini, əhalinin acınacaqlı vəziyyətdə yaşadığını bildirib.
“Kasıb ölkədə zəngin yaşamaq ayıbdır” deyən “komandos” Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma “DQR” rejiminin “nazirlərinin” bahalı avtomobillər sürdüyünə diqqət çəkib.Muxalifet - 30-07-2017
Əgər Rusiya vətəndaşının başından bir tük əskik olsa... – Roqozindən təhdid
Əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əskik olsa, cavab çox sərt olacaq.
Bu təhdidlə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin “Rossia 24” telekanalına müsahibəsində çıxış edib.Muxalifet - 30-07-2017
Suriyada “Russia Today” telekanalının müxbiri ölüb, operator yaralanıb
Bu gün Suriyada Rusiyanın “Russia Today” telekanalının müxbiri ölüb, operator yaralanıb.
Bu barədə telekanalın saytı məlumat yayıb.
Hadisə Suriyanın Hums vilayətində baş verib. Suriya ordusunun Humsda keçirdiyi əməliyyat zamanı süjet hazırlayan çəkiliş qrupu İŞİD terror təşkilatının raket zərbəsinə məruz qalıb. Nəticədə telekanalın müxbiri Xalid əl-Xatıb ölüb, operator yaralanıb.Muxalifet - 30-07-2017
Şəhid hərbçimiz bu gün dəfn ediləcək
İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün dəfn ediləcək.
Düşmən atəşinin qarşısı alınarkən şəhid olan Cəlilabadın Eçara kənd sakini, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn ediləcək.Muxalifet - 30-07-2017