Bakıda yanğın - Külək alovu söndürməyə imkan vermir/FOTO

Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb.
 
Trend-in məlumatına görə, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.
Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.
Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil.