Axtarış

The search found 105785 results in 0.011 seconds.

Search results

  1. Pakistanın yeni baş naziri müəyyənləşdi

    Nəvaz Şərif korrupsiyada ittiham edilərək vəzifəsindən kənarlaşdırılıb
     
    Pakistanda korrupsiya qalmaqalına görə istefaya göndərilən Nəvaz Şərifin qardaşı, Pəncab əyalətinin birinci naziri Şahbaz Şərif ölkənin baş naziri postuna namizəd irəli sürülüb.
    TASS xəbər verir ki, iyulun 29-da hakim Pakistan Müsəlman Liqasının 4 saatlıq qeyri-rəsmi görüşündə onun namizədliyi təsdiqlənib.

    Muxalifet - 29-07-2017

  2. Tovuzda 17 yaşlı oğlanı ilan VURUB

    Zərərçəkmişin vəziyyəti ağırdır
     
    Tovuz rayonunda yerli sakini ilan sancıb.
    Hadisə rayonun Yoxarı Öysüzlü kəndində baş verib.
    Kənd sakini, 2000-ci il təvəllüdlü Arzuman Cəfərovu yaşadığı evin həyətyanı sahəsində ilan sancıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 29-07-2017

  3. Estoniyada pilotsuz avtobuslar istifadəyə verilib

    Pilot layihə avqustun sonunadək davam edəcək
     
    Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi proqramının pilot layihəsi çərçivəsində Tallində pilotsuz avtobuslar sərnişin daşınmasına başlayıb.
    Bu barədə Estoniyanın ERR teleradioyayım portalına istinadən RİA "Novosti" məlumat yayıb.
    Səkkiz nəfər tutumu olan iki avtobus sərnişinləri Viru meydanından "Mədəniyyət qazanı" yaradıcılıq mərkəzinə qədər olan marşrut üzrə pulsuz daşıyacaq.
    Hər bir avtobusda sərnişinləri yeni texnologiya ilə tanış edəcək müşayiətçi işləyir.

    Muxalifet - 29-07-2017

  4. Kral ailəsindən Türkiyəyə gözdağı: Gülənlə görüşdülər - Video

    Səudiyyə Ərəbistanının Kral ailəsinə yaxınlığı ilə tanınan Osman əl-Ümeyr FETÖ lideri Fətullah Güləni ziyarət edib.
     
    Həmin ziyarətin görüntüləri ərəb mediası tərəfindən mətbuata sızdırılıb. 18 saniyəlik video böyük səs-küyə səbəb olub.
    Bu səfər Türkiyənin Körfəz böhranında Qətərin yanında olmasına cavab kimi dəyərləndirilir.

    Muxalifet - 29-07-2017

  5. ​ "Türkiyə dünyanın ən güclü 10 ölkəsindən biri olacaq"

    2019-cu il Türkiyə üçün yeni bir sıçrayış dövrünün başlanğıcı olacaq.
     
    Bu açıqlama ilə Türkiyə Baş nazirin müavini Fikri İşıq çıxış edib.
    F. İşıq yeni inkişafa ürəkdən inandığını bildirib: "Yetər ki, biz Türkiyənin sabitliyinin qorunması istiqamətində üzərimizə düşəni edək. Bu yeni həmlə ilə birlikdə Türkiyə dünyanın ən güclü 10 iqtisadiyyatından biri səviyyəsinə çatacaq".

    Muxalifet - 29-07-2017

  6. Əfqan Muxtarlı işində ciddi dönüş ola bilər

     Gürcüstan hökuməti Tbisidə oğurlandıqdan sonra Azərbaycanda həbs edilmiş jurnalist Əfqan Muxtarlı ilə bağlı araşdırmanın formatını dəyişib.
     
    Xəbər verdiyimiz kimi, Əfqan Muxtarlının oğurlanması ilə bağlı şikayət əvvəlcə kriminal polis tərəfindən araşdırılırdısa, yerli ictimaiyyətin təzyiqi və beynəlxalq qurumların tələblərindən sonra Gürcüstan prokurorluğu araşdırmanı öz üzərinə götürüb.

    Muxalifet - 29-07-2017

  7. Azərbaycanın kredit reytinqi “spekulyativ”, yaxud “zibil” səviyyəsindədir – HESABAT

    Standard and Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.
     
    Agentliyin press-relizində bildirilir ki, Azərbaycanın suveren kredit reytinqi dəyişdirilməyib, – “Turan” məlumat verir.
    Standard and Poor’s Azərbaycanın uzunmüddətli, qısamüddətli xarici və milli valyutada reytinini ‘BB+/B’ səviyyəsində saxlayıb. Bu səviyyə “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır.
    Reytinq mənfi proqnozludur.

    Muxalifet - 29-07-2017

  8. "Barselona" Çempionlar Kubokunda "Real"ı məğlub etdi - VİDEO

    Görüş göy-qırmızıların 3:2 hesablı qələbəsi ilə başa çatıb
     
    "Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Real"ı məğlub edib.
    Görüş Mayamidəki "Hard Rok" stadionunda baş tutub və "göy-qırmızılar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
    "Barselona" üç oyundan üç qələbə qazanaraq turnirin qalibi olub. Kataloniyalılar Madrid klubu ilə yanaşı "Yuventus" (2:1) və "Mançester Yunayted"i (1:0) məğlub ediblər. "Real" turnir çərçivəsində keçirdiyi hər üç oyunda məğlubiyyətə uğrayıb.
    Beynəlxalq Çempionlar Kuboku

    Muxalifet - 30-07-2017

  9. Lənkəranda 6 günlük körpə su quyusuna atılıb

    Hadisə səhər saatlarında baş verib
     
    Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib.
    6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.
    Hadisə səhər saatlarında baş verib. Adı hələ ki, məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.
    Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.

    Muxalifet - 30-07-2017

  10. “AHY” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb

    Qərar AZAL-ın Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub
     
     “Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb.
    Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
    Qərara görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan qurumlar” bölməsinin 1-ci hissəsi ləğv edilib.

    Muxalifet - 30-07-2017

  11. “Poroşenko tezliklə devriləcək” -SAAKAŞVİLİ

    O, həmçinin Ukraynaya qayıdacağına söz verib
     
    Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko tezliklə devriləcək. O, həmçinin Ukraynaya qayıdacağına söz verib.
    Saakaşvili bunu Gürcüstanın "Rustavi-2" teleşirkətinə müsahibəsində bildirib.

    Muxalifet - 30-07-2017

  12. İran katerləri atəşə tutduğuna görə ABŞ-ı hədələyib

    Onlar ABŞ-ın hərəkətlərini qeyri-peşəkar adlandırıblar
     
    İran hərbçiləri Fars körfəzində Amerika hərbçiləri tərəfindən öz patrul katerlərinin atəşə tutulmasını şərh ediblər. Onlar ABŞ-ın hərəkətlərini qeyri-peşəkar adlandırıblar və bu cür hadisələrin amerikalılar və region üçün ciddi nəticələrə gətirib çıxara biləcəyi ilə hədələyiblər.
    "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandanının siyasi məsələlər üzrə müavini Rəsul Sanai Rad deyib.

    Muxalifet - 30-07-2017

  13. PSJ "Monako"nu məğlub etdi - Fransa Superkubokunu qazandı

    Mərakeşdə keçirilən görüş 2:1 hesabı ilə başa çatıb
     
    PSJ Fransa Superkuboku uğrunda görüşdə "Monako"nu məğlub edib.
    Mərakeşin Tanjer şəhərindəki "Stad de Tanjer" stadionunda baş tutan görüş parislilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
    Bununla da, PSJ 7-ci dəfə ölkə Superkubokuna sahib çıxıb. Paris komandası bu göstəricidə yalnız "Lion"dan (8) geri qalır.
    Fransa Superkuboku. Final
    "Monako" – PSJ -1:2
    1:0 – Sidibe – 30, 1:1 – Alves – 51, 1:2 – Rabio – 63

    Muxalifet - 30-07-2017

  14. "Qarabağ" çox güclü komandadır, onlarla çox diqqətli olmalıyıq" – “Şerif”in məşqçisi

    Bu, finala bərabər oyun olacaq
     
    "Ağır oyun oldu. İlk yarıda çoxlu imkanlar yaratsaq da, qola çevirə bilmədik. İkinci hissədə təhlükəli vəziyyətlərimiz daha çox oldu və fərqlənməyi bacardıq. Öz səhvimizdən qol buraxdıq. Çoxlu epizodlar yaratdığımız halda, qol vura bilməməyimizə təəssüflənirəm".
    Bunu "Şerif"in baş məşqçisi Roberto Bordin səfərdə "Petrokub"u 2:1 hesabı ilə yendikləri Moldova Milli Diviziyasının IV tur matçından sonra mətbuat konfransında deyib.

    Muxalifet - 30-07-2017

  15. Tramp: “Çin KXDR probleminin həlli üçün heç nə etmir”

    Çin Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı fəal tədbirlər görmür.
     
    Bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində yazıb.
     “Çinin siyasətindən olduqca məyus olmuşam. Əvvəlki liderlərimiz onlara ikitərəfli ticarətdə yüz milyardlarla dollar qazanmağa imkan verib. Ancaq Çin rəhbərləri bizim üçün heç nə etmirlər, yalnız vədlər verirlər. Daha imkan verməyəcəyik ki, bu davam etsin. Çin asanlıqla bu problemi həll edə bilərdi”, D.Tramp qeyd edib.

    Muxalifet - 30-07-2017

  16. Avstraliyada təyyarədə terrorun qarşısı alınıb

    Avstraliyada təyyarədə planlaşdırılan terror aktının qarşısı alınıb.
     
     “AFP” agentliyinin verdiyi xəbərə görə, bunu Avstraliyanın baş naziri Malkolm Ternbull bəyan edib.
     Onun sözlərinə görə, ötən gün Sidney şəhərində irimiqyaslı antiterror əməliyyatı keçirilib.
     “Əməliyyat nəticəsində sərnişin təyyarəsində terror aktı törətməyi planlaşdıran 4 nəfər saxlanılıb”, deyə baş nazir bildirib.

    Muxalifet - 30-07-2017

  17. Mogerini Ruhaninin inauqurasiyasında iştirak edəcək

    Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini avqustun 5-i Tehrana səfərə gedəcək.
     
    Mogerini Birgə hərtərəfli fəaliyyət planının (JCPOA) Birləşmiş komissiyasının sədri kimi Həsən Ruhaninin inauqurasiyasında iştirak edəcək.
    "Bu münasibətlə o, nüvə proqramına dair sazişin yerinə yetirilməsinin və ikitərəfli və regional əhəmiyyətli məsələlərin müzakirəsi üçün İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək", - press-relizdə deyilir. (Trend)

    Muxalifet - 30-07-2017

  18. “ABŞ sanksiyaları Rusiyanın iştahasını alır” – Erməni politoloq

    ABŞ-ın Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq eməsindən əndişələnmək lazım deyil. Onlar Ermənistanın maraqlarına uyğundur.
     
    Bunu "Tert.am"a açıqlamasında politoloq Levon Şirinyan deyib.
    Politoloqun sözlərinə görə, ABŞ sanksiyalar vasitəsi ilə Rusiyanın iştahasının qabağını alır.

    Muxalifet - 30-07-2017

  19. Felgenhauer Moskva və İrəvanın vahid ordu sirrini FAŞ ETDİ

    Rusiyanın uzaq gələcəyə hesablanmış hədəfi Zaqafqaziyada öz təsir dairəsini gücləndirməkdir.
     
    Bu sözləri erməni mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

    Muxalifet - 30-07-2017

  20. Taksi ər və arvadı VURDU - Daşkəsəndə

    Daşkəsəndə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
     
     Daşkəsəndə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Muxalifet - 30-07-2017

Pages