Erməni general Qarabağ “boss”larını azarladı: “Kasıb ölkədə zəngin yaşamaq ayıbdır”

Ermənistan ordusunun “gücü” haqda daim populist çıxışlar edən “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan ölkəsinin acınacaqlı vəziyyəti haqda etiraflar edib.
 
Ter-Tadevosyan insanların Ermənistanı tərk etdiyini, əhalinin acınacaqlı vəziyyətdə yaşadığını bildirib.
“Kasıb ölkədə zəngin yaşamaq ayıbdır” deyən “komandos” Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma “DQR” rejiminin “nazirlərinin” bahalı avtomobillər sürdüyünə diqqət çəkib.
“Təmtəraqlı xidməti avtomobillər sürmək üçün 350 min dollar ayırırlar. Müharibə vəziyyətində bu cah-calal nəyə lazımdır? Kasıb ölkədə zəngin yaşamaq ayıbdır. Xalq ölkəni tərk edir, başqa ölkələrə gedirlər. Çünki burada iş yoxdur”, - deyə o bildirib.