ABŞ qırıcılarına döyüş hazırlığı əmri verildi

ABŞ-ın döyüş gəmisi və qırıcı təyyarələri hücum hazırlığı vəziyyətinə gətirilib.
 
Bu haqda CNN kanalı xəbər yayıb.
CNN adını açıqlamadığı mənbələrə söykənərək iddia edib ki, Amerika əsgərləri günün 24 saatını Şayrat hərbi bazasını izləyir və Ağ Ev tərəfindən veriləcək əmrlə bu istiqamətdə hərəkətə hazırdır.
Xəbərdə qeyd edilir ki, rəsmi Vaşinqton Şayrat hərbi bazası üzərindən kimyəvi hücum ediləcəyinə inanır. Lakin Pentaqon rəsmiləri Şayrat hava bazasında Suriya ordusunun “daha irəli gedəcəyini” gözləmədiklərini qeyd edib.
CNN bundan öncə qeyd etmişdi ki, Ağ Ev Suriya rejiminin yeni bir hücuma hazırlaşdığını düşünür. Əlavə edilmişdi ki, kimyəvi hücum təşkil ediləcəyi təqdirdə Suriya hökuməti bunun qarşılığını çox ağır şəkildə ödəməli olacaq.