Putin Medvedyevi niyə istefaya göndərdi? – MÜHÜM SƏBƏB

Baxış sayı:
3844

Rusiya Prezidenti Vladimir Putinin daha çevik baş nazirə ehtiyacı var.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu analitik Elxan Şahin oğlu qeyd edib. O, Rusiya hökumətinin tam tərkibdə istefaya getməsinin Rusiyanın Baş naziri Dimitri Medvedyevin fəaliyyəti ilə bağlı olduğunu bildirib:

“Medvedyev Putinin gənclik dostudur. Ancaq rusların məşhur atalar sözlərində deyildiyi kimi, dostluq ayrı, iş ayrı. Putinin prezidentlik müddətinin bitməsinə 4 il qalıb. Putin hakimiyyətdə olduğu illərdə Rusiyanın dağılmasının qarşısını aldı, Çeçenistanı ram etdi, ölkədə siyasi sabitlik yaratdı, üstəgəl bölgədə fəallığını artırdı. Ancaq nə etdisə, Rusiyada iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə nail ola bilmədi. Medvedyev baş nazir kimi zəif fiqur idi. Ona görə də Putin Dmitri Medvedyev başda olmaqla hökuməti istefaya göndərdi. Putinin daha çevik baş nazirə ehtiyacı var”.

Qeyd edək ki, D.Medvedyev Rusiya hökumətinin tam tərkibdə istefaya gedəcəyimi açıqlayıb. Rusiya Prezidenti Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə Baş nazir vəzifəsini təklif edib.