Axtarış
The search found 105731 results in 0.034 seconds.
Search results
ABŞ Rusiyadan uran tədarükünü qadağan etməyəcək – “Reuters”
“ABŞ-ın Rusiya yanacağına embarqosu uranın idxalına qadağa qoymur. Çünki onun tədarükü ABŞ atom elektrik stansiyaları üçün vacibdir”.
Bu barədə “Reuters” məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ-a daxil olan uranın təxminən yarısı Rusiya, Qazaxıstan və Özbəkistandan gəlir.
Hələlik ABŞ uran emal etmir, baxmayaraq ki, bir neçə şirkət uzunmüddətli tədarük müqavilələri bağlanacağı təqdirdə yerli istehsalı bərpa etmək istədiklərini bildirib.Muxalifet2 - 9-03-2022
Sumıdan təxliyə bu gün davam etdiriləcək – RƏSMİ
“Sumıdan Poltavaya humanitar dəhlizin vaxtı uzadılıb, bu gün saat 9.00-dan 21.00-a kimi həm şəxsi nəqliyyat, həm də avtobuslarla getmək mümkün olacaq”.
Bu barədə öz “Telegram”ında Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.Muxalifet2 - 9-03-2022
Putinin işğalçı ordusunun hərbi karvanı Çerniqov vilayətində darmadağın edildi – FOTOREPORTAJ
Çerniqov vilayətində rus işğalçılarının hərbi kolonnası darmadağın edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məhv edilmiş texnikaların fotolarını paylaşıb.
"Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsi rus işğalçılarını məğlub etməkdə davam edir", - mesajda deyilir.Muxalifet2 - 9-03-2022
Böyük Britaniya Rusiya təyyarəsini saxladı – NƏQLİYYAT NAZİRİNDƏN AÇIQLAMA
Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps “Sky News” telekanalına açıqlamasında bildirib ki, Britaniya hakimiyyəti aviasiya sektoruna tətbiq edilən sanksiyalar çərçivəsində bir Rusiya təyyarəsini artıq saxlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Artıq Farnboroda belə bir təyyarə (saxlanılmış) var, mən onu son bir neçə gündə istintaq apararkən saxlamışam”, - Şapps deyib.
Nazir bildirib ki, hazırda təyyarənin sahibi müəyyənləşdirilir.
Muxalifet2 - 9-03-2022
Rusiyada sarı və göy rəngli paltar geyinənlər həbs olunur – PUTİN BU CÜR GEYİMLƏRİ ÖZÜ ÜÇÜN TƏHLÜKƏ HESAB EDİR / FOTO
İrkutskda polis “Yandeks.Lavka” kuryerini sarı gödəkçə və göy rəngli bel çantası geyindiyinə görə saxlayıb.
Qafqaz.media xəbər verir ki, bu barədə “Sibirya” yerli sakinlərə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxsi polis şöbəsinə aparıblar, kuryer velosipedi səkidə qoymalı olub.
Bundan əlavə, şahidlərin sözlərinə görə, İrkutsk sakini Kirov meydanında ağzı möhürlənmiş və boş vərəqlə saxlanılıb.Muxalifet2 - 9-03-2022
“Atın qabağına ət, itin qabağına ot” siyasəti xalqı yaman günə qoyub - Səfirin elçilikdən özbaşına imtina etməsi ölkəyə ləkədir
Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundovanın görəvini qoyub qaçması və bunu zərif cinsin nümayəndəsi olması ilə izah etməsi son çağların ən çox danışılan və dartışılan qonularındandır. İlgincdir, hələ də bu özbaşına “demarşa” dövlət səviyyəsində ilgi bildirilməyib. Xarici siyasət, diplomatik iş yüksək peşəkarlıq tələb etdiyindən, bizi diletantlıqda da suçlamaq olar, bəlkə elə doğrudan da, səfir qadın olması nədəni ilə elçilikdən imtina etməyə haqlıdır ?
Muxalifet2 - 9-03-2022
“Nar” ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider oldu
2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” ən yüksək nəticə göstərərək birinciliyini qoruyub. Ötən illə müqayisədə “Nar”ın Müştəri Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. “Nar” 2019-cu ildən etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə bazarının lideridir.
Muxalifet2 - 9-03-2022
MÜHARİBƏNİN 15-Cİ GÜNÜ: Rusiya ordusu “hücum tempini” azaldıb, döyüşçülər təslimçiliyə meyllidir
Ukrayna ordusu müdafiə mövqelərində daha da məhkəmlənir, Rusiya qoşunları hücumun sürətini azaldıb.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yerli vaxtla saat 06:00-a olan operativ məlumatında deyilir.Muxalifet2 - 10-03-2022
Ukrayna ordusu Kiyev yaxınlığında əks-hücuma keçdi – RUSLARIN 5 TANKI MƏHV EDİLDİ
Ukrayna Silahlı Qüvvələri Kiyev yaxınlığında əks-hücuma keçib və Rusiya işğalçılarına məxsus daha 5 tank məhv edilib.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko “Rada” telekanalının efirində bildirib.
“Gecə kifayət qədər çətin keçdi, lakin ümumilikdə deyə bilərik ki, Ukrayna ordusu Kiyev yaxınlığında əks-hücuma keçib, 5 tankı sıradan çıxardı...
Səhər Kiyevin qərbində artilleriya döyüşləri eşidildi. Biz başa düşürük ki, indi orada döyüşlər gedir. Lakin hələlik daha ətraflı məlumat yoxdur”, - Denisenko bildirib.Muxalifet2 - 10-03-2022
DAHA 4 TANK, 1 DÖYÜŞ MAŞINI, 11 ZERHLİ TEXNİKA… - Mariupolda Rusiya işğalçılarının hərbi karvanı məhv edildi
Martın 9-da Mariupolda Rusiyaya məxsus 4 tank, 1 piyada döyüş maşını məhv edilib, daha 11 ədəd Rusiya zirehli texnikası sıradan çıxarılıb.
Qafqaz.media xəbər verir ki, bu haqda Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Facebook”-da yazır.Muxalifet2 - 10-03-2022
FAZİL TALIBOVUN “SOSİAI ARTIM ŞƏRTLƏRİ” - Hərbi pensiyalara 20 faizlik əlavənin hesablanmasına kim qadağa qoyub?
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021 tarixli fərmanı ilə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən olunub. Lakin bu əlavə “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən, qulluq stajına görə əlavə almaq hüququ olan pensiyaçılara hesablanmayıb.
Muxalifet2 - 10-03-2022
“Bayraktar” Rusiyanın “Buk” hava hücumundan müdafiə sistemini necə məhv etdi - VİDEO
Ukrayna Silahlı Qüvvələri sosial şəbəkələrdə “Bayraktar” pilotsuz aparatının Rusiyanın “Buk” hava hücumundan müdafiə sistemini məhv edən videogörüntülərini paylaşıb.
Muxalifet.az həmin görüntüləri oxucularına təqdim edir:
Muxalifet2 - 10-03-2022
“UKRAYNAYA EŞQ OLSUN!” DEYƏN TƏQAÜDÇÜ SAXLANILDI - Rusiyada müharibə xofu / VİDEO
Rusiyanın Arxangelsk şəhərində 60 yaşlı rus təqaüdçü “Ukraynaya eşq olsun!” şüarına görə mühakimə olunacaq.
Qafqaz.media xəbər verir ki, bu haqda video sosial şəbəkələrdə yayılıb.
Həmin şəxs “Rusiya silahlı qüvvələrinin hərəkətini gözdən salmağa yönəlmiş ictimai hərəkətləri” törətməkdə şübhəli bilinir.
Kadrlardan da göründüyü kimi, təqaüdçü “Ukraynaya eşq olsun!” ifadəsini səsləndirir, bundan sonra polis ona yaxınlaşır və onu guya millətçi şüarlara görə saxlayır.
Muxalifet2 - 11-03-2022
“Gürcüstan düşmən qüvvələrinin Ermənistandan Ukraynaya uçmasına yol verməməlidir” - SAAKAŞVİLİ
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hazırda onu həbsdə saxlayan Gürcüstan hakimiyyətinə Rusiyanı dəstəkləməməsi üçün xəbərdarlıq edib.
Saakaşvili öz “Feysbuk” səhifəsində yazıb: “Gürcüstan hakimiyyətinə xəbərdarlıq edirəm ki, düşmən qüvvələrinin Ermənistandan Ukraynaya getməsi üçün bizim hava məkanından yol verməyə cürət belə eləməsinlər. 2008-ci ildə Ukrayna rəsmi şəkildə Rusiya donanmasına Krımdan çıxmağı qadağan etdi”.
Muxalifet2 - 11-03-2022
Rusiya müharibəyə 1500 dəniz piyadasını cəlb etməyi planlaşdırır – İTKİLƏRİ ƏVƏZLƏYİRLƏR…
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Ukrayna hərbçiləri Rusiyanın 6 hərbi texnikasını məhv edib.
"...Ötən gün ərzində iki helikopter, iki qırıcı (onlardan biri Su-34) və iki PUA məhv edilib", - Ukrayna Baş Qərargahının bazar günü səhər dərc etdiyi bəyanatda deyilir.Muxalifet2 - 13-03-2022
DAXİLİ İŞLƏR NAZİRİNƏ PUBLİK MÜRACİƏT - Məğrur Bədəlsoy yazır
Son iki ildə covid -19 pandemiyası nədəni ilə hər ay onlayn rejimdə qəbul olunmağımı diləsəm də, heç bir cavab verilməyib.
Muxalifet2 - 13-03-2022
“RUSİYA VƏ UKRAYNA KOMPROMİSƏ YAXINLAŞIR” - Zelenskinin müşaviri
“Rusiya və Ukrayna danışıqlar prosesində kompromisə yaxınlaşır. Rusiya və Ukrayna prezidentlərinin görüşü - bütün prosedur məsələləri həll olunanda və nümayəndə heyətləri işlərini bitirəndə baş tuta bilər”.
Muxalifet2 - 13-03-2022
Abramoviç 139 metrlik yaxtasını İspaniyadan Monteneqroya köçürdü - SANKSİYALARDAN QORUMAQ ÜÇÜN
Rusiyalı oliqarx Roman Abramoviçin 139 metrlik "Solaris" yaxtası Barselona limanından Tivata (Monteneqro) köçürülüb. Monteneqro Aİ-nin üzvü deyil, ona görə də Aİ-nin hər hansı sanksiyaları gəmini həbs etməyə əsas verməyəcək.
Bundan əvvəl Abramoviç Britaniya sanksiyalarına məruz qalmışdı. Daha əvvəl o, İngiltərənin "Çelsi" futbol klubunu satmaq qərarına gəlib.
Muxalifet2 - 13-03-2022
İRAQDAKI “GİZLİ MOSSAD BAZASI”NA BALLİSTİK RAKETLƏRLƏ HÜCUM… - İran Süleymaninin öldürüldüyü saatda həyata keçirilən hücumun səbəblərini açıqladı
İran İraqın Ərbil şəhərinə 12 ballistik raket atıb. Qafqaz.media İran KİV-lərinə istinadən xəbər verir ki, İran ordusu bölgədə yerləşdirilmiş “gizli Mossad bazası”nı məhv etməyi hədəfləyib.
İran mənbələri hücumun gecə saat 01:20-də, eləcə də 2020-ci ildə Qasim Süleymaninin öldürüldüyü vaxtda baş verdiyini qeyd edib.
Rəsmi Tehran martın 13-də səhər saatlarında “İran ərazisində bir qrup Mossad diversantının” saxlanılması barədə məlumat yayıb. İddia olunur ki, diversiya qrupunun vəzifəsi “İranda təxribat və iğtişaşlar təşkil etmək" olub.Muxalifet2 - 13-03-2022
QƏRBƏ GÜVƏNMƏK OLARMI? – Yaxud Ukrayna müharibəsində təkcə Rusiya günahkardır?
Avropadan və ABŞ-dan ədalət ummaq özünü aldatmaq kimi bir şeydir. Tarixən bu dövlətlər haqqın və ədalətin yanında yox, gücün və zorakılığın, silahın və əzənin yanında dayanıblar. Gücün varsa, deməli, demokratiyanın, bütün azadlıq və hüquqların anası da, dədəsi də sənsən.
Muxalifet2 - 13-03-2022