Axtarış

The search found 105731 results in 0.054 seconds.

Search results

  1. Etiraf etməliyik, qan, namus qisası tam alınmayıb...

    Azərbaycan gənci onu da bilməlidir ki, babası Şah İsmayıl ona dənizdən dənizə uzanan böyük bir imperiya qoyub getmişdi, qoy indi bir də diqqətlə  xəritəyə baxsın, nə günə düşdüyünü dərk etsin...
     

    Muxalifet2 - 12-04-2022

  2. ​ABRAMOVİÇİN 808 MİLYON DOLLARLIQ YAXTASI BODRUM LİMANINDAN ÇIXARILDI - 140 metrlik nəhəng gəmi hazırda Egey dənizi üzərindən naməlum istiqamətdə üzür…

    Rusiyalı oliqarx Roman Abramoviçin 808 milyon dollarlıq superyaxtası Türkiyənin Bodrum limanından çıxarılıb.
    Qafqaz.media xatırladır ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın rus oliqarxlarına qarşı tətbiq etdiyi sanksiyalara görə martın 22-də Bermud adaları bayrağı altında üzən “Solaris” adlı gəmi Bodrum limanına sığınıb. Lakin 140 metrlik nəhəng gəmi limandan çıxarılıb və hazırda Egey dənizi üzərindən naməlum istiqamətdə üzür.

    Muxalifet2 - 12-04-2022

  3. ​DATÜB İdarə Heyətinin Özbəkistanda toplantısı keçirildi

    9 aprel 2022-ci il tarixində Dünya Ahıska Türkləri Birliyi (DATÜB) İdarə Heyətinin Özbəkistanda növbəti toplantısı keçirilib. Muxalifet.az DATÜB-ün Mərkəzi Qərargahına istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə baş tutan toplantı DATÜB Başqanı Ziyəddin Kassanovun sədrliyi ilə keçirilib.

    Muxalifet2 - 12-04-2022

  4. TEHRANDA 15 YAŞLI QIZA TƏCAVÜZ EDƏN 2 ƏFQAN ÖLDÜRÜLDÜ – Daha 4 nəfər isə yaralı halda həbsxanaya salınıb / VİDEO

    Tehranda əfqan millətindən olan 6 gənc 15 yaşlı qıza təcavüz edib. Bu haqda Hurriyyet.az-a informasiya verən mənbənin sözlərinə görə, hadisə 2 gün əvvəl baş verib.

    Belə ki, gənclər 15 yaşlı qızı yeni tikilən binaların birində saxlayaraq, günlərlə ona təcavüz ediblər. Bu müddət ərzində axtarışda olan qızın izini polislər taparaq, həmin mənzilə gəlib, əfqan gəncləri saxlayıblar.

    Muxalifet2 - 13-04-2022

  5. ​“Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi - FOTOLAR

    “Nar” Memar Əcəmi metrostansiyası yaxınlığındakı, M.Cəfərov 3005 ünvanında yerləşən ən böyük satış və xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Mərkəzdə müştəri xidməti və satış vahid məkanda təqdim edilir. Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər göstərilir. Həmçinin mobil telefonların, cihazların və aksesuarların satışı da həyata keçirilir.
     

    Muxalifet2 - 13-04-2022

  6. Karantinlə bağlı qadağalar nə vaxt ləğv ediləcək? - Operativ Qərargah rəsmisindən AÇIQLAMA / VİDEO

    "Həm Avropa, həm də Asiya ölkələrində bəlli qadağaların yumşaldılması məsələsi mərhələli şəkildə davam edir. Yəqin ki, Azərbaycanda da yaxın gələcəkdə adiyyəti qurumların vermiş olduğu statistik göstəricilərlə birgə Operativ Qərargah tərəfindən bu qərarlar veriləcək".

    Bu sözləri Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində bildirib:

    Muxalifet2 - 13-04-2022

  7. Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verildi

    Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.

    Muxalifet.az report-a istindən xəbər verir ki, proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində həyata keçirilib.

    Qeyd edək ki, H.Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.

    Muxalifet2 - 13-04-2022

  8. 4 ölkənin prezidenti Zelenski ilə görüşmək üçün Kiyevə gəldi - FOTO

    Estoniya, Latviya, Litva və Polşa prezidentləri bu gün dəmir yolu ilə Kiyevə gəliblər.

    Muxalifet.az xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfirliyi Twitter mikrobloqunda məlumat yayıb.

    Muxalifet2 - 13-04-2022

  9. ​“BİZ RUSİYANI SİLAHLANDIRMIRIQ” - İran Britaniya mediasına cavab verdi

    Rəsmi Tehran Ukraynada hərbi əməliyyatlar zamanı istifadə etməsi üçün Rusiyaya İran silahlarının təhvil verilməsi ilə bağlı Britaniya mətbuatında yayılan xəbərləri təkzib edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə çərşənbə günü İranın Londondakı səfirliyi məlumat yayıb.
    Diplomatik nümayəndəlik qeyd edib ki, Ukrayna hadisələri ilə Yaxın Şərqdə baş verənlər arasında əlaqəni göstərmək cəhdi, bu kontekstdə İranın adının çəkilməsi qeyri-peşəkar və qəbuledilməz addımdır.

    Muxalifet2 - 13-04-2022

  10. ​“SİZİ DİNLƏYİRLƏR, KÖMƏK EDİN” - Medvedçukun həyat yoldaşı Ərdoğana müraciət etdi / VİDEO

    Ukrayna Silahlı Qüvvələri tərəfindən saxlanılan ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko ərinin azad edilməsinə köməklik göstərmək xahişi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
    Muxalifet.az bu haqda TASS-a istinadən xəbər verir.
    “Sizin böyük səlahiyyətiniz var. Sizə hörmət edilir və sözünüz dinlənilir. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm ki, həyat yoldaşım Viktor Medvedçukun azad edilməsi üçün öz təsir imkanlarınızdan istifadə edəsiniz”, – Oksana Marçenko Ərdoğana videomüraciətində bildirib.
     

    Muxalifet2 - 13-04-2022

  11. USMANOVUN BACISININ 600 MİLYON DOLLARLIQ YAXTASI MÜSADİRƏ EDİLDİ – "Dilbar"ın Almaniyada saxlanılması haqda “Bloomberg”dən açıqlama

    Almaniyanın Hamburq rəsmiləri rusiyalı milyarder Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovaya məxsus olduğu iddia edilən, təxminən 600 milyon dollar dəyərində 156 metrlik “Dilbar” yaxtasını müsadirə edib. 

    Qafqaz.media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

    Muxalifet2 - 14-04-2022

  12. AZƏRBAYCAN VƏ GÜRCÜSTAN SƏRHƏDİNDƏ ON KİLOMETRLƏRLƏ UZUNLUĞUNDA NÖVBƏ YARANIB - On minlərlə yük maşını sərhəddə ilişib qalıb

    Rusiyanın Ukraynada başlatdığı müharibə kifayət qədər geniş ərazidə, o cümlədən Azərbaycanda logistikanı əsaslı şəkildə pozub. Yükdaşıyanlar sifarişləri vaxtında yerinə yetirə bilmirlər.

    Muxalifet2 - 14-04-2022

  13. Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi - FOTOLAR

    Azərbaycan mobil rabitə peşəkarlarının hazırlanması, telekommunikasiya sahəsi üzrə təhsil alan tələbələrin hazırlıqlı kadr kimi yetişməsi məqsədilə mobil operator “Nar” Naxçıvan şəhərində növbəti dəfə “Mobil rabitənin əsasları” təlimini keçirdi.

    Muxalifet2 - 14-04-2022

  14. UKRAYNADA DÖYÜŞƏN AZƏRBAYCANLI BACILAR – Ataları Nizami rayonunun icra başçısı olub

    Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var. Bunlar Leyla və Dərya bacılarıdır.

    Kiyevdə yaşayan Dərya və Leyla bacıları müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşçülərə və mülki şəxslərə ilkin tibbi yardımla bağlı məsləhətlər də verilər.

    Qeyd edək ki, Leyla Muxtarova və Dərya Hüseynova AXC hakimiyyəti dövründə Bakının Nizami rayonunun icra başçısı olmuş Xəqani Hüseynovun qızlarıdır.

    Muxalifet2 - 14-04-2022

  15. AZƏRBAYCANDA KARANTİN YUMŞALDILDI: BU QADAĞA DA LƏĞV EDİLDİ - Nazirlər Kabineti məlumat yaydı

    Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

    Muxalifet2 - 14-04-2022

  16. PUTİNİN KOMANDASI DAXİLİNDƏ NƏ BAŞ VERİR... - “Şoyqu reanimasiyadadır, 20-yə yaxın general həbs edilib”

    Rusiyanın müdafiə naziri Sergey Şoyqu son günlər görünmür. 

    Dünən Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin Şoyqu və Baş Qərərgah rəisi Valeri Gerasimovla əlaqə qurmaq cəhdləri alınmır.

    “Son cəhdin nə vaxt olduğunu bilmirəm. Məncə, bu yaxınlarda, olub. Və yenə də ruslardan heç bir cavab olmadı”, – Kirbi deyib.

    Muxalifet2 - 14-04-2022

  17. DÜNYANIN ƏN BÖYÜK HƏRBİ GƏMİSİNİN MƏHV EDİLMƏSİ... - Ukrayna ordusu "Moskva" kreyserinin vurulmasında “Bayraktar TB2”-dən istifadə edib

    Rusiya Federasiyasının Qara dəniz donanmasının flaqmanı olan "Moskva" kreyserinə hücumun yeni təfərrüatları məlum olub. İsrailin “Mignews” telekanalı bildirir ki, Rusiya hərbi dairələrində Ukraynanın kreyserə hücumunun müəmmalı olması ilə bağlı məlumatlar yayılır.

    Muxalifet2 - 14-04-2022

  18. ​“ANADANGƏLMƏ ŞİKƏST OLAN QARDAŞIMA TƏKRAR ƏLİLLİK TƏYİN EDİLMİR” – “Adam tam hərəkətsizdir, danışa bilmir, amma…”

    Ucar şəhəri, Babək küçəsi, ev 6 sakini İbrahimov Mikayıl Hüseyn oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
    “Mənim qardaşım, 25 iyul 1959-cu il tarixdə anadan olmuş İbrahimov Şahin Hüseyn oğlu anadan gəlmə şikəstdir. Buna görə, o, əlil hesab edilib və təqaüd alıb. Qardaşım hazırda tam iflic vəziyyətində olmaqla hərəkət edə və danışa bilmir. Onda, həmçinin, əqli gerilik xəstəliyi də var.

    Muxalifet2 - 15-04-2022

  19. ​Rəfail Soltanov saxlanılıb...

    Dünən 28 May Metrostansiyasının qarşısında bir qrup müxalifətçi gəncin iştirakı ilə hakimiyyət orqanları ilə razılaşdırılmamış aksiya keçirilib.
    Aksiya zamanı hakimiyyət əleyhinə radikal şüarlar səsləndirilməsi polis qüvvələrini sözün əsl mənasında qəzəbləndirib. Kütləyə hücum edən polis və mülki geyimli qoçu dəstələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

    Muxalifet2 - 21-05-2021

  20. ​“PUTİN ANCAQ BU HALDA MÜHARİBƏNİ DAYANDIRACAQ…” - Rus yazıçı German Obuxovdan açıqlama

    “Diktator Putinin Ukraynaya qarşı müharibəsində ölən rusların sayı 50 minə çatanda vəziyyət dəyişə bilər”.
    Bu fikri rusiyalı yazıçı, “Rusiyanın terrorunu dayandır” Fondunun rəhbəri German Obuxov deyib.
    "Belə demək olar ki, heç bir itki Putini dayandıra bilməz. Amma 50 min nəfərin ölməsi müəyyən psixoloji işarə olacaq. Çünki bu halda itkiləri gizlətmək çətin olacaq", - Obuxov bildirib.
    Yazıçının fikrincə, müharibə payıza qədər uzana bilər.

    Muxalifet2 - 15-04-2022

Pages