Sumıdan təxliyə bu gün davam etdiriləcək – RƏSMİ
9-03-2022 11:39
Baxış sayı:
587

“Sumıdan Poltavaya humanitar dəhlizin vaxtı uzadılıb, bu gün saat 9.00-dan 21.00-a kimi həm şəxsi nəqliyyat, həm də avtobuslarla getmək mümkün olacaq”.
Bu barədə öz “Telegram”ında Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
"Danışıqlar qrupu bütün gecəni işlədi və Sumıdan Poltavaya qədər dəhlizin müddəti bu gün saat 9.00-dan 21.00-a qədər uzadıldı. Biz hamilə qadınlar, uşaqlı qadınlar, yaşlı insanlar, əlillər üçün nəqliyyat vasitəsi təmin edəcəyik. Sumı şəhərinin rəhbərliyi xalq deputatları ilə birlikdə bütün gecəni nəqliyyat axtarıblar və biz “Qızıl Xaç” Komitəsinin müşayiəti ilə birinci təşkil edilmiş koloniyanın yola düşmə yeri barədə əlavə olaraq sizə məlumat verəcəyik!", - Jivitski yazıb.
Muxalifet.az