Axtarış

The search found 105731 results in 0.107 seconds.

Search results

  1. Kəmaləddin Heydərov koronavirusa YOLUXDU

    Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov koronavirusa yoluxub.
     
    Muxalifet.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, nazir hazırda ev şəraitində müalicə alır.
     
    Bildirilir ki, nazirin vəziyyətində ciddi ağırlaşma olmasa da, səhhətindəki narahatlıqla və özünü təcridlə bağlı sabah Azərbaycan Boks Federasiyasında (ABF) keçiriləcək hesabat-seçki konfransına qatıla bilməyəcək.
     
    Daha doğrusu onun konfransda onlayn formatda iştirak edəcəyi gözlənilir.
     

    Muxalifet2 - 8-02-2022

  2. DAHA BİR DEPUTAT HƏBS OLUNA BİLƏR - Kəmaləddin Qafarov dövlətin milyonlarını necə talan edir… / ŞOK FAKTLAR

    Elementar tibbi savadı olmayan adamı Milli Onkologiya Mərkəzinə necə Baş direktor  müavini  təyin ediblər..?

    Kəmaləddin Qafarov həmkarı Cavanşir Feyziyevin başına gələnlərdən nəticə çıxartmalıdır...

    Muxalifet2 - 9-02-2022

  3. OĞRULARIN NİFRƏTİ, DOĞRULARIN HİDDƏTİ... - Elxan Şükürlü yazır

    Dərman alverçisi və monopolisti Cavanşir Feyziyevlə bağlı yaşanan olaylara “jurnalist-oliqarx savaşı” rəngi qatıb, sıradan bir hadisə kimi yanaşmayın. Bu, əslində, hakimiyyət içərisində dərin rişələrlə kök atmış köhnə oliqarx ittifaqının yenilik istəyənlərlə neçə vaxtdır gedən gizli savaşının növbəti açıq təzahürüdür.

    Muxalifet2 - 9-02-2022

  4. Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələri genişlənir

    AMEA Mərkəzi Elmi Kitabxananı (MEK) müxtəlif struktur və bölmələrinin aktiv çalışması nəticəsində daim inkişafda olan vahid orqanizm kimi təsəvvür etmək olar.  Strukturların bir-birinə qarşılıqlı dəstəyi və kordinasiyası şəklində yürüdülən bu çalışmalar ölkənin ən böyük kitab, elm, mədəniyyət mərkəzlərindən olan Mərkəzi Elmi Kitabxananı bugünkü müasir, inkişafda olan, yenilikçi bir ünvana çevirib.

    Muxalifet2 - 23-02-2022

  5. “Bəşəriyyət tarixində ən qanlı cinayətlərdən biri Xocalı soyqırımıdır” – ZİYƏDDİN KASSANOV MÜRACİƏT YAYDI

    Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanov Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı müraciət ünvanlayıb. Muxalifet.az həmin müraciəti olduğu kimi dərc edir:
     
    "Düşməndən qurtuldun ey əziz yurdum,
    Xocalım, türkünsən türkün qalacan!
    İgid övladların can etdi fəda,
    Xocalım, türkünsən türkün qalacan!"

     

    Muxalifet2 - 26-02-2022

  6. “Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

    “Müştərilərlə ünsiyyətdə olduğumuz hər yerdə - mağazalarımızda, rəqəmsal tətbiqdə və sosial media platformalarında onlara keyfiyyətli xidmət göstərməliyik”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ARB telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, son 3 il ərzində müştəri məmnuniyyəti indeksinə görə “Nar”ın lider olması, eyni zamanda bütün göstəricilər və müştərilərdən gələn rəylər onun doğru yolda addımladığını sübut edir.
     

    Muxalifet2 - 26-02-2022

  7. "Nar" Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i xidmət səviyyəsini yüksək qiymətləndirib

    Müştəriyönümlü strategiyasına sadiq qalan "Nar" ötən il ərzində müxtəlif kanallar üzərindən abunəçilərinə üstün müştəri xidmətləri göstərib.  2021-ci ildə 777 Çağrı Mərkəzinə 2,3 milyondan çox sorğu daxil olub və orta hesabla, 5 saniyə ərzində abunəçilərə cavab verilib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 94%-lik çox yüksək göstəriciyə nail olub. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.
     

    Muxalifet2 - 23-02-2022

  8. RUSİYAYA QARŞI BEYNƏLXALQ HƏRBİ LEGİON YARADILDI – Minlərlə xarici vətəndaş Putin ordusuna qarşı vuruşmaq üçün Ukraynaya müraciət edib

    Ukrayna prezidenti Vladimir Zelenski rus işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni hərbi birləşmənin - Beynəlxalq Legionun yaradıldığını elan edib.
    Muxalifet.az Qafqaz.media-ya istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz Facebook səhifəsində məlumat verib.
    “Artıq Rusiya işğalçılarına qarşı müqavimətə və dünyanın təhlükəsizliyinin Putin rejimindən qorunmasına qoşulmaq istəyən xarici vətəndaşlardan bir neçə min müraciət daxil olub”, - deyə 

    Muxalifet2 - 28-02-2022

  9. ​“Türk Birliyi Təşkilatının vahid ordusunun yaradılması istiqamətində praktik addımlar atılmalıdır” - BƏYANAT

    ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya və Azərbaycan arasında bağlanan “Müttəfiqlik Bəyannaməsi” ətrafında müzakirələr və bəyannamənin müddəaları üzrə geniş təhlil aparıb.

    Muxalifet2 - 1-03-2022

  10. ​"Nar" “Gələcəyini Qur!” Layihəsinə dəstəyini davam etdirir

    “Nar”ın da dəstək olduğu “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin TED konfransı formatında növbəti görüşü baş tutub. "Yaradıcı düşüncə" mövzusuna həsr olunmuş konfransda məruzəçilər layihənin 6 dəyərlərindən biri olan yaradıcılıq və tənqidi düşüncə haqqında fikirlərini bölüşüblər. Tədbirin spikerləri yaradıcı yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlığa dair gənclərə təqdimatlar verib öz təcrübələrini bölüşüblər.

    Muxalifet2 - 1-03-2022

  11. ​ZİYƏDDİN KASSANOV XOCALI SOYQIRIMI QURBANLARINI YAD ETDİ - Fotolar

    Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanov 27-28 fevral 2022-ci il tarixlərində Azərbaycanda səfərdə olduğu zaman Xocalı soyqırımı qurbanlarını yad Muxalifet.az xəbər verir ki, DATÜB Başqanı Azərbaycana ikigünlük səfəri çərçivəsində soyqırım qurbanlarının xatirəsinə ucaldılan "Ana Harayı” Memorial Abidəsini ziyarət edib.

    Muxalifet2 - 1-03-2022

  12. PUTİN NÜVƏ SİLAHINA ƏL ATARSA… - Rusiyada mövcud olan böyük arsenallardan törənə biləcək “nüvə qışı” fəlakətli iqlim dəyişikliyinə gətirib çıxara bilər…

    Bu gün – martın 1-də artıq Rusiya-Ukrayna müharibəsinin 6-cı  günü tamam olur. Ukrayna ərazisində gedən döyüş və nəticədə yaşanan gərginlik öz pik həddinə çatmaq üzrədir. Söhbət Vladimir Putinin nüvə silahı üzərindən "sövdələşmə subyekti" kimi ortaya atdığı hədə-qorxudur.

    Muxalifet2 - 1-03-2022

  13. SAVAŞ BÖLGƏSİNDƏ QALAN AXISXA TÜRKLƏRİ İLƏ BAĞLI MƏLUMAT – DATÜB onların təhlükəsizliyi və Ukraynadan evakuasiyası ilə bağlı Türkiyənin müvafiq qurumları ilə ortaq fəaliyyət göstərir

    Dünya Ahıska Türkləri Birliyi (DATÜB) Ukraynada yaşayan və savaşın ortasında qalan Axısxa Türklərinin son durumu ilə bağlı məlumat yayıb.
    Muxalifet.az
    DATÜB-ün Mərkəzi Qərargahına istinadən bildirir ki, müharibə bölgəsində olan Axısxa Türklərinin ərazidən çıxarılması və yaxud onların təhlükəsizliyinin təmin olunması üçün Türkiyə Cümhuriyyətinin müvafiq qurumları ilə ortaq fəaliyyət göstərilir.
    DATÜB-ün bununla bağlı açıqlamasını təqdim edirik:

    Muxalifet2 - 1-03-2022

  14. MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – "O PULLAR ZİYAD SƏMƏDZADƏYƏ ÇATDI"

    Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.

    Muxalifet2 - 2-03-2022

  15. ELDAR MAHMUDOV ÖLÜB? - Ailə üzvlərindən açıqlama / Yenilənib

    Eldar Mahmudovun ölüm xəbəri yalandır.

    Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com-a onun ailə üzvləri məlumat verib.

    Bildirilib ki, sabiq MTN rəhbərinin ölməsi ilə bağlı yayılan xəbərlər həqiqət deyil. O da qeyd edilib ki, Eldar Mahmudovun səhhətində heç bir problem yoxdur.

    E.Mahmudovun yaxınları əlavə edib ki, sabiq nazirin ölməsi ilə bağlı daha əvvəl də yalan məlumatlar yayılmışdı.

    Muxalifet2 - 2-03-2022

  16. ​AVROPA RUS QAZINDAN İMTİNA EDƏRSƏ… - Və yaxud Rusiyanın SWIFT sistemindən tam çıxarılmamasının səbəbi nədir?

    Rusiya-Ukrayna savaşı gərginləşdikcə, dövrəyə yeni qarşılıqlı iqtisadi basqılar çıxır. Bu basqılar ondan ibarətdir ki, Avropa və ABŞ Rusiyanın Ukraynanı işğal etməsindən çəkindirmək üçün iqtisadi sanksiyaları bir qədər də dərinləşdirir. Maraqlıdır ki, tətbiq edilən sanksiyalar daha çox siyasi xarakterlidir.

    Muxalifet2 - 2-03-2022

  17. DİLAVƏR ŞAHBAZOV UKRAYNADA HƏLAK OLDU – DATÜB təmsilçisinin ölümü ilə bağlı rəsmi açıqlama

    Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Ukraynadakı Nümayəndəliyinin Sumi bölgəsi üzrə təmsilçisi Dilavər Şahbazov Rusiya silahlılarının hücumu nəticəsində həlak olmuşdur.
    Muxalifet.az
    bu barədə DATÜB-ün Mərkəzi Qərargahına istinadən xəbər verir.
    Qeyd edək ki, DATÜB Mərkəzi Qərargahının bununla bağlı açıqlamasında bildirilir:

    Muxalifet2 - 2-03-2022

  18. “ÖLÜ QANUNLARI” KİM DİRİLTMƏLİDİR? - Hakim İlqar Cabbarov Cinayət Məcəlləsinin 295.1 maddəsi ilə məsuliyyət daşıyır

    Məhkəmə hakimiyyətinin və Vəkillər Kollegiyasının cinayətkar iş birliyinə hüquqi qiymət verilmir

    Muxalifet2 - 3-03-2022

  19. ​BVF bu gün Ukraynaya 1,4 milyard dollar yardım ayrılmasını nəzərdən keçirəcək - TƏCİLİ

    BVF-nin İcraiyyə Şurası martın 9-da Ukraynaya təcili olaraq maliyyə yardımı ayrılması təklifinə baxacaq. Söhbət 1,4 milyard dollardan gedir.
    Qafqaz.media-nın məlumatına əsasən, Fondun direktoru Kristalina Georgiyeva , BVF-nin saytına bildirib ki, yardım Ukrayna iqtisadiyyatına zərbəni yüngülləşdirmək məqsədi daşıyır.
    Onun sözlərinə görə, BVF böhranın idarə olunması istiqamətində Ukrayna hakimiyyəti ilə mütəmadi əlaqə saxlayır.

    Muxalifet2 - 9-03-2022

  20. ​Ukraynada müharibə başlayandan bəri 474 mülki şəxs həlak olub, 861 nəfər yaralanıb - BMT

    Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bu yana 474 mülki vətəndaşın Muxalifet.az xəbər verir ki, statistikaya görə, 861 nəfər xəsarət alıb. Bununla belə, BMT hesab edir ki, real itkilər daha çox ola bilər.
    “Hesab edirik ki, real rəqəmlər daha yüksəkdir. Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir, döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir”, - deyə BMT bildirib. .

    Muxalifet2 - 9-03-2022

Pages