Abramoviç 139 metrlik yaxtasını İspaniyadan Monteneqroya köçürdü - SANKSİYALARDAN QORUMAQ ÜÇÜN
13-03-2022 11:40
Baxış sayı:
490

Rusiyalı oliqarx Roman Abramoviçin 139 metrlik "Solaris" yaxtası Barselona limanından Tivata (Monteneqro) köçürülüb. Monteneqro Aİ-nin üzvü deyil, ona görə də Aİ-nin hər hansı sanksiyaları gəmini həbs etməyə əsas verməyəcək.
Bundan əvvəl Abramoviç Britaniya sanksiyalarına məruz qalmışdı. Daha əvvəl o, İngiltərənin "Çelsi" futbol klubunu satmaq qərarına gəlib.