Ukrayna ordusu Kiyev yaxınlığında əks-hücuma keçdi – RUSLARIN 5 TANKI MƏHV EDİLDİ

Baxış sayı:
516

Ukrayna Silahlı Qüvvələri Kiyev yaxınlığında əks-hücuma keçib və Rusiya işğalçılarına məxsus daha 5 tank məhv edilib.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko “Rada” telekanalının efirində bildirib.
“Gecə kifayət qədər çətin keçdi, lakin ümumilikdə deyə bilərik ki, Ukrayna ordusu Kiyev yaxınlığında əks-hücuma keçib, 5 tankı sıradan çıxardı...
Səhər Kiyevin qərbində artilleriya döyüşləri eşidildi. Biz başa düşürük ki, indi orada döyüşlər gedir. Lakin hələlik daha ətraflı məlumat yoxdur”, - Denisenko bildirib.