​Rusiyada sarı və göy rəngli paltar geyinənlər həbs olunur – PUTİN BU CÜR GEYİMLƏRİ ÖZÜ ÜÇÜN TƏHLÜKƏ HESAB EDİR / FOTO

Baxış sayı:
721

İrkutskda polis “Yandeks.Lavka” kuryerini sarı gödəkçə və göy rəngli bel çantası geyindiyinə görə saxlayıb.
Qafqaz.media xəbər verir ki, bu barədə “Sibirya” yerli sakinlərə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxsi polis şöbəsinə aparıblar, kuryer velosipedi səkidə qoymalı olub.
Bundan əlavə, şahidlərin sözlərinə görə, İrkutsk sakini Kirov meydanında ağzı möhürlənmiş və boş vərəqlə saxlanılıb.
Qeyd edək ki, sarı və göy rənglər Ukrayna bayrağında yer aldığından, Rusiyadakı mövcud rejim bu cür geyimləri özü üçün təhlükə hesab edir.