Axtarış

The search found 105731 results in 0.096 seconds.

Search results

  1. Paşinyan “Tvitter”də Azərbaycan Prezidentini işarələdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan “Tvitter”dəki səhifəsində Zəngəzur dəhlizi barəsində açıqlama verərkən Azərbaycan Prezidenti  İlham  Əliyevi işarələyib.

    Muxalifet.az xəbər verir ki, məlumatı erməni mətbuatı yayıb.

    Muxalifet2 - 15-12-2021

  2. RUSİYADAN SİLAH-SURSAT İDXALINA QADAĞA QOYUB, AMMA... - ABŞ sanksiyalar fonunda Rusiyadan rekord həcmdə patron aldı

    Rusiya ona qarşı sanksiyaların fonunda ABŞ-a son 30 il ərzində rekord sayılacaq miqdarda parton satıb.

    RBK media şirkəti xəbər verir ki, ABŞ-ın Rusiyanın atıcı silahlarına qarşı sanksiya tətbiq etməsinə rəğmən, Rusiyadan bu ölkəyə rekord miqdarda patron satılıb. Rusiyalı istehsalçıların amerikalı tərəfdaşları sanksiyalardakı boşluqdan istifadə edərək, idxala davam ediblər.

    Muxalifet2 - 15-12-2021

  3. Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında gizli anlaşma əldə olunub? – İRƏVANDA “GİZLİ VƏ ŞİFAHİ RAZILAŞMA”DAN DANIŞIRLAR

    Ermənistan parlamentinin vitse-spikeri, "Ermənistan" fraksiyasının deputatı İşxan Saqatelyan "Vətəndaş sazişi" fraksiyanın təşəbbüsü ilə delimitasiya və demarkasiya məsələsi ilə bağlı keçirilən iclasda Brüsseldə keçirilən görüşlərə toxunaraq, bu görüş haqda müsbət bir şey deyə bilməyəcəyini qeyd edib. O, həmçinin, tərəflər arasında gizli şifahi razılaşmaların olduğunu bildirib.

    Muxalifet2 - 16-12-2021

  4. İRAN ÇABAHAR LİMANI VASİTƏSİLƏ REGİONUN TRANZİT ÖLKƏSİNƏ ÇEVRİLMƏK İSTƏYİR - İran, Hindistan və Özbəkistan üçtərəfli görüşünün detalları

    “Özbəkistan dördüncü ölkə kimi Çabahar Memorandumuna qoşulur”.
    Qafqaz.media
    xəbər verir ki, bunu Liman və Dəniz Təşkilatının baş direktoru Əli Əkbər Səfai çərşənbə axşamı videokonfrans vasitəsilə İran, Hindistan və Özbəkistanın 2-ci üçtərəfli görüşündə deyib.
    Daşkənd artıq ölkənin ticarət üçün dəniz yollarına çıxışını yaxşılaşdırmaq və diversifikasiya etmək səyləri çərçivəsində İranın cənub-qərbindəki Çabahar limanı vasitəsilə əlaqələri inkişaf etdirmək üçün Hindistan və İrana qoşulmaqda maraqlı olduğunu nümayiş etdirib.

    Muxalifet2 - 16-12-2021

  5. ​“Nar” Bakıda yenilənmiş mağazalarını təqdim etdi - FOTOLAR

    “Nar” pərakəndə satış şəbəkələrini yeniləməyə və müasir tələblərə uyğunlaşdırmağa davam edir. Mobil operator paytaxtda yerləşən daha 2 mağazasını yeni konseptə uyğunlaşdırıb. Şəmsi Bədəbəyli küçəsi 106/12 (28 may metrostansiyası yaxınlığında) və Qara Qarayev prospekti 62 (Neftçilər metrostansiyası yaxınlığında) ünvanlarında yerləşən mağazalarını müştərilərinə təqdim edib. Mağazalarda ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir.

    Muxalifet2 - 18-12-2021

  6. ERMƏNİSTANLA SƏRHƏDLƏRİ HANSI XƏRİTƏ ƏSASINDA MÜƏYYƏN ETMƏLİYİK? – Və yaxud İrəvan niyə 1926 və 1974-cü il xəritələrini önə atır…

    Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə keçirilən üçtərəfli görüşünün nəticəsi kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin ən azı "dəmir yolu" hissəsinə start verilməsi oldu.

    Muxalifet2 - 18-12-2021

  7. PAŞİNYAN BRÜSSELDƏN QAYIDAN KİMİ ARUTYUNYANI NİYƏ YANINA ÇAĞIRDI? – Qondarma qurumun “istintaq komitəsi” I Qarabağ Savaşında itkin düşən 6 min hərbçimiz haqda hesabat hazırlayır?

    Brüssel görüşünün yeni qərarlar qəbul edilməsi baxımından elə də zəngin olmayacağı deyilsə də, əslində, tamamilə fərqli nəticə ortaya çıxdı. Ən əsası isə, bu görüş Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq arenaya çatdırılması baxımından faydalı oldu.

    Muxalifet2 - 18-12-2021

  8. Türkcə “danışan” Makron - Paris Bakıya hansı mesajı verir?

    İki tərəfin anlaşa bilmədiyi tək mövzu - erməni məsələsi...  

    Fransa Prezidenti Emmanuel Makron facebookdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib və maraqlıdır ki, Azərbaycan dilində status yazıb: “Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.

    Muxalifet2 - 18-12-2021

  9. Rayon qeydiyyatında olanlar MÜTLƏQ OXUSUN! - Bundan sonra BAKIDA...

    Vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə və Xidmətlər Zərfi ilə təminata alınan 2550 sayda tibbi xidmətlərdən yararlana bilərlər.

    Muxalifet.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə məlumat verilib.

    Muxalifet2 - 18-12-2021

  10. “Ümid edirik ki, Ermənistan ev tapşırığını yerinə yetirəcək” - PREZİDENTİN İTALİYA QƏZETİNƏ MÜSAHİBƏSİNİN TAM MƏTNİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.
    Muxalifet.az müsahibəni təqdim edir.

     
    - Müxbir: Əvvəla, görüşmək imkanı yaratdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Mən dəfələrlə Azərbaycanda olmuşam, bir çox seçkilərin keçirildiyi vaxtlarda Azərbaycanda səfərdə olmuşam.

     
    - Prezident İlham Əliyev: Sonuncu dəfə nə vaxt olmusunuz?
     

    Muxalifet2 - 18-12-2021

  11. ​“Nar” “İlin mobil operatoru” adına layiq görüldü

    “Nar”, 17 dekabr tarixində keçirilən “Caspian Business Awards 2021” mükafatlandırma mərasimində “İlin mobil operatoru” adına layiq görülüb. Seçim prosesində mobil operatorun ilboyu uğurla davam etdirdiyi müştəriyönümlülük strategiyası, müxtəlif kanallar üzərindən göstərilən yüksəkkeyfiyyətli müştəri xidmətləri və illik müsbət inkişaf göstəriciləri kimi mühüm faktorlar nəzərə alınıb.

    Muxalifet2 - 18-12-2021

  12. Nikol Əliyevə Brüsseldə nə şikayət edib? - Rus ekspertdən təkbətək görüşlə bağlı ŞOK İDDİA

    Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə təkbətək görüşü ideyası ondan ibarət idi ki, Azərbaycan lideri bu fikirləri Paşinyana çatdıra bilsin: “Qonşu, nə əzab çəkirsiniz? Sizin torpaqlarınız heç kimə lazım deyil, ancaq bizim özümüzünküləri heç kimə vermək niyyətimiz yoxdur”.

    Muxalifet2 - 18-12-2021

  13. “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı - FOTOLAR

    “Nar”ın ənənəvi tərəfdaşlığı ilə keçirilən “Netty-2021” internet mükafatının qalibləri bəlli oldu. Dekabrın 18-də keçirilən final tədbirində 6 əsas nominasiya üzrə 18 layihə və “Netty” Ekspertlər Şurasının seçimi ilə qalib olub.
     

    Muxalifet2 - 20-12-2021

  14. "Onlar “Böyük Turan” dövləti qurmaqda israr edirlər" - PESKOVDAN AÇIQLAMA

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “Türk dünyası” ideyası Rusiya üçün təhdid yaratmır.

    D.Peskov bu barədə RTI-a danışıb.

    Muxalifet2 - 20-12-2021

  15. BAŞ PROKURORLUQ BRİFİNQ KEÇİRİR: DSX helikopterinin qəzaya uğramasının səbəbləri haqda açıqlama / CANLI

    Baş Prokurorluqda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması ilə bağlı brifinq keçirilir. 

    Belə ki, cinayət işi üzrə aparılan istintaqda əldə edilən ilkin nəticələr açıqlanır. 

    Muxalifet2 - 20-12-2021

  16. PARTİYA SƏDRİ HƏBS OLUNA BİLƏR - Dəhşətli qəzadan sağ çıxan hərbçilər Əli Əliyevi məhkəməyə verib / VİDEO

    Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev xüsusi ittiham qaydasında məhkəməyə verilib.

    Qafqaz.media xəbər verir ki, bununla bağlı partiya sədri “Youtube” kanalında məlumat verib.

    O bildirib ki, 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəza uğraması nəticəsində sağ qalan hərbçilər onun həbs olunmasını istəyirlər.

    Buna səbəb isə Ə. Əliyevin "Osmanqızı TV"də səsləndirdiyi fikirlər olub.

    Muxalifet2 - 20-12-2021

  17. AZAL-ın Amerikadakı təmsilçisi 790 min dollara ev aldı - FOTOLAR

    AZAL-ın Amerikadakı təmsilçisi Elnur Ələkbərov bu ilin iyununda Nyu Yorkda 790 min dollara mənzil alıb.

    Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

    O bildirib ki, Nyu Yorkda, şəhərin 3567 Shore Pkwy #H3A, Brooklyn, NY 11235 ünvanında yerləşən mənzilin qiyməti 790 min dollardır. Mənzili Elnur Ələkbərova türk əsilli Nyu York Akgök ailəsi satıb.

    Muxalifet2 - 20-12-2021

  18. Jurnalist Baş Prokurorluğa çağırılıb – 500 manat cərimə olunub

    "Dekabrın 18-də son yazılarla bağlı Baş Prokurorluğa dəvət edildim. İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi".

    Bunları hərbi jurnalist Səxavət Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

    Muxalifet2 - 20-12-2021

  19. ​Suraxanıda abadlaşdırmaya kim və necə mane olur? – QANUNDAN ÜSTÜN OLMAQ CƏHDİ / Video

    Əziz Əzizovun  iki il əvvəl, 2019-cu ilin noyabrında Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ötən iki ildə Suraxanı rayonun mənzərəsi dəyişib. Yolların, səkilərin abadlaşdırılması ilə yanaşı, yeni park və yaşıllıqlar salınıb. Koronavirus pandemiyasının ağır şərtləri bütün dünya və ölkə ilə bərabər Suraxanı rayonunda həyata keçirilən işlərin sürətinə təsir edib. Yəni ötən iki ildə həyata keçirilmiş işlər normal şərtlər çərçivəsində deyil, ağır pandemiya şərtləri çərçivəsində həyata keçirilib.

    Muxalifet2 - 21-12-2021

  20. ERMƏNİLƏRİN GÜRCÜSTANA TORPAQ İDDİASI - Samsxe-Cavaxetiyada muxtariyyət tələb edirlər / FOTO

    Ermənilər Samsxe-Cavaxetiyada muxtariyyət istəyirlər ki, bu bölgəni sonradan Ermənistana birləşdirsinlər.

    Son zamanlar erməni KİV-də getdikcə daha çox anti-gürcü nəşrləri yer alır. Məsələn, Cavaxetiyada ermənilərin sıxışdırıldığı, onlara muxtariyyət verilməsi və Ermənistanın dənizə getməsi ilə bağlı məlumatlar yayılıb.

    Qarabağdan əlləri üzülən ermənilər indi də Gürcüstan bu bölgəsini ələ keçirməyə çalışırlar.

    Muxalifet2 - 21-12-2021

Pages