Paşinyan “Tvitter”də Azərbaycan Prezidentini işarələdi

Baxış sayı:
1048

Ermənistanın Baş naziri Nikol Paşinyan “Tvitter”dəki səhifəsində Zəngəzur dəhlizi barəsində açıqlama verərkən Azərbaycan Prezidenti  İlham  Əliyevi işarələyib.

Muxalifet.az xəbər verir ki, məlumatı erməni mətbuatı yayıb.

Bəlli olduğu kimi, dünən Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Görüşdə Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə edilib.

Paşinyan “Tvitter”dəki səhifəsində yazıb: “@CharlesMichel və @Azpresident ilə üçtərəfli görüşdə qəbul etdiyimiz sərhəd və gömrük qaydaları əsasında və ölkələrin qarşılıqlı suverenliyi və hakimiyyəti prinsiplərinə uyğun olaraq, dəmir yolunun bərpa edilməsi barəsində razılaşmanı təsdiqlədik. Ermənistanın İran və Rusiyaya çıxışı olacaq”./Hurriyyet.az