RUSİYADAN SİLAH-SURSAT İDXALINA QADAĞA QOYUB, AMMA... - ABŞ sanksiyalar fonunda Rusiyadan rekord həcmdə patron aldı
15-12-2021 19:32
Baxış sayı:
1124

Rusiya ona qarşı sanksiyaların fonunda ABŞ-a son 30 il ərzində rekord sayılacaq miqdarda parton satıb.
RBK media şirkəti xəbər verir ki, ABŞ-ın Rusiyanın atıcı silahlarına qarşı sanksiya tətbiq etməsinə rəğmən, Rusiyadan bu ölkəyə rekord miqdarda patron satılıb. Rusiyalı istehsalçıların amerikalı tərəfdaşları sanksiyalardakı boşluqdan istifadə edərək, idxala davam ediblər.
2021-ci ilin ilk 10 ayı ərzində Rusiyadan ABŞ-a 157,9 milyon dollar qiymətində patron aparılıb.
Maraqlıdır ki, Vaşinqtonun yeni sasnksiyaları odlu atıcı silahların və onun üçün sursatın Rusiyadan idxal edilməsini qadağan edir.