Jurnalist Baş Prokurorluğa çağırılıb – 500 manat cərimə olunub

Baxış sayı:
544

"Dekabrın 18-də son yazılarla bağlı Baş Prokurorluğa dəvət edildim. İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi".

Bunları hərbi jurnalist Səxavət Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

O, qeyd edib ki, Baş Prokurorluqda təzyiqlə üzləşməyib, hörmətlə davranıblar. "Məhkəmədə hakim vəkil istəyib-istəmədiyimi soruşdu, o vaxt kimisə narahat etmək istəmədim, özüm özümü müdafiə etdim. Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım", - jurnalist qeyd edib.