Axtarış

The search found 105731 results in 0.117 seconds.

Search results

  1. ÖLÜM XƏBƏRİ YAYILAN KEÇMİŞ NAZİR HAQDA SON MƏLUMAT - Vəli Əsgərovun sağ olduğu iddia edilir, amma...

    Bir neçə gün əvvəl yerli mətbuatda Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun ölümü ilə bağlı xəbər yayılıb.

    Muxalifet.az "unikal"a istinadən xəbər verir ki, V.Əsgərov dünyasını dəyişməyib. O, hazırda Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

    Qeyd edək ki, o, 2016-cı ildə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 1-12-2021

  2. “ƏLİ HƏSƏNOVUN OĞLUNA 600 MİN, BALDIZINA 580 MİN VERDİM...” - Vüqar Səfərlinin məhkəməsi

    Jurnalistlər üçün bina tikintisinə ayrılmış vəsaitdən Prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevaya 1 milyon 200 min manata yaxın pul verilib. 

    Bakının Bibiheybət qəsəbəsində həmin binaları inşa etmiş “Portos” tikinti şirkətinin baş mühasibi Kəmaləddin Abdullayev bu barədə noyabrın 30-da məhkəmədə məlumat verib.

    Muxalifet2 - 1-12-2021

  3. Helikopter qəzasında şəhid olanlarla vida mərasimi keçirildi - VİDEO / YENİLƏNİB

    “Sərhədçi” İdman Kompleksində helikopter qəzasında ötən gün həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb.

    Qafqaz.media-nın xəbərinə görə, hərbi qulluqçular II Şəhidlər Xiyabanında dəfn ediləcəklər.

    ***12:15

    Muxalifet2 - 1-12-2021

  4. Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunur - YENİLƏNİB

    Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanların cənazələri dəfn olunmaq üçün II Şəhidlər xiyabanına gətirilib.

    Qəzada həlak olan hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.

    ***

    Muxalifet2 - 1-12-2021

  5. “Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir - FOTO

    “Nar”, NMR Rabitə və Yeni Texnologiyalar nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mobil rabitənin əsasları” təlimini ilk dəfə paytaxtdan kənarda həyata keçirib. Təlimdə Naxçıvan Dövlət universitetinin informasiya texnologiyaları üzrə müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.

    Muxalifet2 - 1-12-2021

  6. BAKIDA ETİRAZ AKSİYASI KEÇİRİLİB - DİN-dən açıqlama

    Bakıda bir qrup şəxsin qanunsuz aksiya keçirməsinin qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

    Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

    Muxalifet2 - 1-12-2021

  7. Əli Həsənov məsuliyyətdən yayındırılır, dövlətin milyonları batır - MƏHKƏMƏ VƏ PROKURORLUĞUN “ÇƏTİRİ ALTINDA”...

    KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi başa çatır. Bəziləri bu məhkəmədə uzun illər Azərbaycan mətbuatına rəsmi və qeyri-rəsmi “patronluq” edənlərin cinayət əməllərinin, korrupsiya, yeyinti faktlarının tam şəkildə üzə çıxarılacağını və ifşa olunacağını, kimliyindən asılı olmayaraq onların hər birinin cəzalandırılacağını gözləyirdi. Lakin bir çox hallarda olduğu kimi, bu iş də yarımçıq və Azərbaycan məhkəmə-hüquq sisteminin “ənənələrinə” uyğun şəkildə həyata keçirildi.

    Muxalifet2 - 1-12-2021

  8. Avropanın ən iri yaxta tərsanəsinin sahibi Ülviyyə Əlizadə kimdir, kimin adamıdır... - 80 MİLYON AVRO KAPİTALLA İŞƏ BAŞLAYIB

    Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda, Bozburun məhəlləsində Avropanın ən iri yaxta tərsanəsini quran və ortaqları ilə neçə vaxtdır çəkişmə içərisində olan azərbaycanlı biznesvumen Ülviyyə Əlizadə (Hülya Əlizadə Kuçeruk) “varlılar üçün bahalı oyuncaq” biznesinə 2005-ci ildə 80 milyon avro yatırımla girib.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, o yaxta “Dream Ship Viktory” (“DSV Yatçılık”) tərsanəsini ukraynalı biznesmen Valeri Stepanenko ilə birlikdə qurub.

    Muxalifet2 - 3-12-2021

  9. ​“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi

    “Nar” paytaxtla yanaşı regionlarda da mərkəzlərini yeniləməklə müştərilərinə tam yeni satış və xidmət təcrübəsi təqim etməyə davam edir. Mobil operator Qax şəhəri H. Əliyev prospekti 346 ünvanında yerləşən mağazasını yeni konseptə uyğunlaşdıraraq, müştərilərin ixtiyarına verib.
     

    Muxalifet2 - 3-12-2021

  10. HELİKOPTER FACİƏSİNİN “SİRR PƏRDƏSİ” AÇILIR… - Türkmən qazının Rusiyanın əlindən çıxması Moskvanın ölkəmizə qarşı təxribatına səbəb ola bilər?

    Xəbər verdiyimiz kimi, 2021-ci ilin noyabr ayında İstanbulda baş tutan Türk Şurasının səkkizinci zirvə toplantısında qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatına (TDT) çevrildi. Başda qardaş Türkiyə olmaqla, TDT-də təmsil olunan dövlətlər bununla dünya nizamına təsir edəcək mühüm qərarlar qəbul etməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Hansı ki, Türkiyənin timsalında Türk dövlətlərinin təsirini genişləndirməsinə iki prizmadan baxa bilərik:

    Muxalifet2 - 3-12-2021

  11. 14 ŞƏHİDLƏ VİDA MƏRASİMİ VƏ BAKIDA “MEHDİYEVSAYAĞI ZORAKILIQ”… - Tofiq Yaqublunun gözlərinin qaraldılması kimə və nə üçün lazım idi?..

    Xızının “Qaraheybət” məntəqəsində baş vermiş vertolyot qəzası ilə bağlı müəmmalı vəziyyət davam edir. Belə ki, rəsmi mənbələrin iddia etdiyindən fərqli olaraq, cəmiyyətdə çoxları bu hadisənin sıradan bir qəza olduğuna inanmır. Amma məsələnin başqa tərəfi də var…

    Muxalifet2 - 3-12-2021

  12. DEPUTATLARA AYDA 5 MİN MANAT AZLIQ EDİR? - Bir deputat 40 əlil-qazinin müavinəti qədər əməkhaqqı alır

    Deputatların vəkillik etdikləri millətdən - xalqdan onlarla dəfə çox əmək haqqı almaları, özəl imtiyaz və güzəştlərə yiyələnmələri daim diskussiyalara nədən olub. Ölkə əhalisinin böyük çoxluğunun gəlirinin  gündəlik çörəkpuluna güclə çatdığı halda deputatların özlərinin “yağ-bal içində üzməsi” nə qədər məntiqli və ədalətlidir?

    Muxalifet2 - 4-12-2021

  13. Azərbaycan və Ermənistan XİN başçılarının görüşü niyə baş tutmadı? - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Stokholmda Azərbaycan - Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmamasına münasibət bildirib.

    Muxalifet.az xəbər verir ki, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öncə xatırladıb ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi.

    Muxalifet2 - 4-12-2021

  14. ZAKİR QARALOV HAQQINDA SENSASİON İDDİALAR - “Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törədən ermənilərin “İnterpol”un axtarışına verilməsinə mane olub”

    “Keçmiş baş prokuror vəzifədə olduğu 16 il ərzində Prezidenti və Azərbaycan xalqını aldadıb…”

    Muxalifet2 - 1-12-2021

  15. ABŞ Dövlət Departamenti Saleh Rüstəmlini təcili azad etməyə çağırdı

    "Biz Saleh Rüstəmlinin vəziyyətinin pisləşməsi barədə məlumatlardan çox narahatıq.

    Azərbaycan humanitar səbəblərdən onu təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır". Bu barədə dekabrın 11-də ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Tvitter hesabında yazıb.

    Xatırladaq ki, Saleh Rüstəmli qanunsuz olaraq uydurma ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq aclıq edir.

    Muxalifet2 - 11-12-2021

  16. 2022-ci il fevralın 1-dən dövlət orqanlarının işçiləri məcburi peyvənd olunacaqlar

    2022-ci il fevralın 1-dən Azərbaycanda dövlət orqanlarının əməkdaşları COVİD-19-a qarşı vaksinin iki dozasının vurulması, immunitet və ya əks-göstəriş barədə sertifikatlar təqdim etməlidirlər.

    Müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

    Bu tələb mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin əməkdaşlarına, xidmət sahəsi işçilərinə  də şamil ediləcək.

    Muxalifet2 - 11-12-2021

  17. Apellyasiya Məhkəməsi İlham Hüseyn və Rüstəm İsmayılbəylini həbsdə saxladı

    Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi iki müxalifətçi fəalın-İlham Hüseyn və Rüstəm İsmayılbəylinin inzibati həbsindən şikayətlərə baxıb.

    Xatırladaq ki, dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü İlham Hüseynov və gənc fəal Rüstəm İsmayılbəyli uzun müddət həbsdə  aclıq edən Saleh Rüstəmlinin müdafiəsinə yönəlmiş aksiya ilə əlaqədar saxlanılıblar. Dekabrın 2-də Səbayel Rayon Məhkəməsi onların hər birini sosial məsafəni pozmaqda ittiham edərək 30 gün inzibati həbs cəzasına məhkum edib.

    Muxalifet2 - 11-12-2021

  18. Ombudsman insan hüquqlarını qoruyur, yoxsa məmurların rüşvətini?

     İnsan hüquqları günündə də Ombudsman Aparatı ittihamdan əl çəkməyib

    Muxalifet2 - 13-12-2021

  19. GÜRCÜSTAN “3+3” FORMATINDAN NİYƏ İMTİNA EDİR? – Bu formatın “2+3” çərçivəsinə salınmasının pərdəarxası…

    44 günlük müharibədən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə regionda "3+3" formatı meydana gəldi. Bu format 3 Cənubi Qafqaz ölkəsilə (Azərbaycan, Gürcüstan, Ermənistan) onların qonşusu olan daha 3 böyük dövlətin (Türkiyə, Rusiya və İran) itisadi müstəvidə əməkdaşlıq təşəbbüsü kim nəzərdə tutulub. Əslində isə, 2020-ci il gündəminə daxil olmamışdan əvvəl də bu təşəbbüs təxminən 20 il əvvəl qardaş Türkiyədə səsləndirilmişdi. Yəni bu ideya dünən, srağagün ortaya çıxmayıb.

    Muxalifet2 - 14-12-2021

  20. “DİM ölkədə sosial narazılığın qarşısını alan qurumlardan biridir”

    Kərəm Məmmədov: “DİM-dən narazı olanların vəziyyəti "göyə daşa atan adam"ın vəziyyətinə bənzəyir”

    Muxalifet2 - 14-12-2021

Pages