Axtarış
The search found 105731 results in 0.033 seconds.
Search results
"BÖLGƏDƏN UZAQLAŞIN, MÜHARİBƏ GÖZLƏNİLİR..." - Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq etdi / YENİLƏNİB
ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarına xəbərdarlıq edərək onları Ukraynaya səyahətdən çəkinməyə və Donbass münaqişəsi bölgəsindən uzaq durmağa çağırıb. Dövlət Departamenti bu xəbərdarlığı Rusiyanın Ukraynaya qarşı irimiqyaslı müharibəyə hazırlaşdığı ilə əsaslandırıb.
Muxalifet2 - 21-12-2021
“BU, İRANA VERİLƏN SON FÜRSƏTDİR” - Britaniya və Körfəz Əməkdaşlıq Şurasından Tehrana xəbərdarlıq
Dekabrın 20-də Londonda görüşən Böyük Britaniya və Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq, Vyanada aparılan atom danışıqları ilə bağlı Tehrana xəbərdarlıq ediblər.
Muxalifet2 - 21-12-2021
Media haqqında qanun layihəsi: konsensus barədə danışmaq tezdir
Medianın İnkişafı Agentliyi (MEDİA) dekabrın 22-də öz mənzil-qərargahında media haqqında qanun layihəsilə bağlı keçirilmiş müzakirələrə dair məlumat yayıb.
Muxalifet2 - 23-12-2021
“Azərbaycan media mühitini daha müdaxiləçi addımlar gözləyir"
22 dekabr 2021-ci il tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” qanun layihəsinin növbəti müzakirəsi keçirilmişdir.
Muxalifet2 - 23-12-2021
Məhkəmə hakimiyyəti məhkəmə təminatı hüququna qadağa qoyub - MƏĞRUR BƏDƏLSOY YAZIR
Bakı İnzibati Məhkəməsinin və yuxarı inzibati kollegiyaların öz konstitusiyası var?
Muxalifet2 - 23-12-2021
Məhkəmə sədri bazarkom, hakim fırıldaqçı rolunda – MƏĞRUR BƏDƏLSOY YAZIR
Bakı İnzibati Məhkəməsinin bazar tərəzilərini rüşvət hakimləri necə əyirlər?
Muxalifet2 - 27-12-2021
15 yaşlı yeniyetmənin dəhşətli ölümü… - 20 GÜN “KİMSƏSİZ” KİMİ MORQDA SAXLANILDI…
Afiq Eyubovun ölmü ilə bağlı xitam verilən cinayət işi yenidən qaldırılıb; günahkar cəzalanacaqmı?
Muxalifet2 - 29-12-2021
BÜTÜN YOLLAR ŞUŞAYA APARIR... – Və yaxud bu şəhəri bizlərə sevdirən nədir?
Muxalifet2 - 29-12-2021
AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA DAXİL OLUR? – Və yaxud son vaxtlar bu haqda təkliflərin irəli sürülməsinin arxasında hansı gizlinlər dayanır?
Rusiya prezidenti Vladimir Putin son açıqlamaları ilə SSRİ-ni bərpa etmək istədiyi haqda iddiaların heç də səbəbsiz olmadığını ortaya qoydu. "SSRİ-nin dağılması mübaliğəsiz böyük humanitar faciədir" deyən Rusiya prezidenti bununla, əslində, SSRİ-ni diriltmək fikrindən geri çəkilməyəcəyini də açıqca ifadə etmiş oldu.
Muxalifet2 - 29-12-2021
Həbsdə olan sabiq icra başçısı yenidən xəstəxanaya yerləşdirildi - AĞIR ƏMƏLİYYAT KEÇİRDİ...
Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov yenidən xəstəxanaya yerləşdirilib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bir müddət əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum olunan sabiq icra başçının vəziyyəti pisləşdiyi üçün ilk olaraq Şəkidəki Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Daha sonra o, Bakıya gətirilərək Mərkəzi Klinikaya yerləşdirilib və növbəti dəfə ürəyindən əməliyyat olunub.
Muxalifet2 - 30-12-2021
"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
“Media haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılıb.
Muxalifet.az-ın məlumatına görə, üçüncü oxunuşda qanuna bir sıra dəyişikliklər edilib.
Belə ki, sənədin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilməsi təklif olunub.
Muxalifet2 - 30-12-2021
Axtarışda olan “Akula Akif” Mövlam Şıxəliyevin cinayət işində üzə çıxdı...
"Akif Mustafayev özünü Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edərək sahibkarın başına oyun gətirib; zərərçəkən: “Mövlam Şıxəliyev divar kağızı timsah dərisi dizaynında olan kabinetdə otururdu”
Muxalifet2 - 30-12-2021
"DEPUTATLARI ƏLƏ SALIRLAR..."- Milli Məclisdə İctimai Televiziya tənqid olundu
Millət vəkili Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini sərt tənqid edib.
Deputat qeyd edib ki, İTV-nin Yayım Şurasının seçilən üzvləri kölgədə qalır: “İsmayıl Ömərovun vaxtında televiziya daha uğurlu funksional işini görürdü. Sonra isə bərbad günə düşdü. Əgər İTV funksiyasını yerinə yetirməyi bacarsaydı, "Media haqqında" qanun da bu qədər müzakirəyə səbəb olmazdı.
Muxalifet2 - 30-12-2021
"Müharibə veteran"larına ödəniş hansı qaydada veriləcək? - RƏSMİ AÇIQLAMA
"Vətən müharibəsində iştirak edən şəxslər "Müharibə veteranı" adı və vəsiqəsini alandan sonra ödəniş almaq üçün heç bir quruma müraciət etməli deyillər".
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.
Onun sözlərinə görə, həmin şəxslər bank kartları vasitəsilə hər ay vəsait ala biləcəklər.
Muxalifet2 - 30-12-2021
Saakaşvili nikahdankənar qızının olduğunu etiraf etdi - EKS-PREZİDENT TƏRƏFDRLARINI ANASI VƏ KİÇİK QIZI İLƏ BİRGƏ TƏBRİK EDƏCƏK
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı qızı olduğunu etiraf edib.
Bu barədə sabiq Prezident “Facebook” səhifəsində yazıb.
M. Saakaşvili bu gün “Mtavari Arkhi” telekanalında Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariya Saakaşvilinin salamlayacağını bildirib.
Sabiq Prezident qeyd edib ki, 2022-ci ildə bütün uşaqların daha sağlam və xoşbəxt olmasına çalışmalıdırlar.Muxalifet2 - 31-12-2021
SON DƏQİQƏ: Qubadlıda hərbçi yoldaşlarını öldürən MAXE saxlanıldı - RƏSMİ
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Muxalifet2 - 3-01-2022
TANINMIŞ JURNALİST TƏHDİD OLUNUR - "Qandallanıb Naxçıvana gətiriləndə sənin o barmaqlarını sındıracam" / FOTOFAKT
Ovqat.com saytının baş redaktoru, tanınmış jurnalist Heydər Oğuz Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. Muxalifet.az surəti Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, eləcə də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova ünvanlanan məktubu oxucularına təqdim edir:
“Cənab Prezident!Muxalifet2 - 3-01-2022
ƏLİ HƏSƏNOV AVROPA MƏHKƏMƏSİNƏ CAVAB VERMƏLİ OLACAQ - Yerli məhkəmə onun qazilərin əmlakına yiyələnməsini "qanuni" sayıb
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qarabağ qazilərinin on illərlə istifadələrinə istədikləri zibilxananı ələ keçirib, MTRŞ -yə üzv təyin etdirdiyi dayısı oğlu, keçmiş “JEK” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta çıxarışla “40 pillə” kafesinə çevirməsinə hələ də hüquq qiyməti verilməyib.
Muxalifet2 - 3-01-2022
Əlirza Həbilov DİN-in adından məhkəməyə qadağa qoyub - MHŞ NİYƏ SUSUR?
20 hakimdən heç biri DİN-in “nümayəndəsi və vəkilinin” etibarnaməsini tələb etməyib
Muxalifet2 - 3-01-2022
Ölkəmizdə hansı avtomobillərə tələbat daha çoxdur? - MAŞIN BAZARINDA SON VƏZİYYƏT / VİDEO
Yeni ilin ilk günlərində maşın bazarında durğunluq yaşanır. Satışa xeyli sayda avtomobil çıxarılsa da, alıcılıq qabiliyyəti aşağıdır. Satıcılar bunu bayram günləri ilə əlaqələndirirlər. Alıcılar isə başqa fikirdədilər. Onların sözlərinə görə qiymət artımı bazara üz tutanların sayına təsir edib. Bəs maşın bazarında hansı avtomobillərə tələbat çoxalıb və alıcılar daha çox necə maşınlara üstünlük veririlər?
Bazara çıxarılan yüzlərlə avtomobil yeni sahiblərini gözləyir...
Muxalifet2 - 3-01-2022