“Zəngəzur kəndlərinin bütün ümidi rus sərhədçilərindədir” - "Hraparak" qəzeti
27-08-2021 11:51
Baxış sayı:
708

“Qərbi Zəngəzur valisi Melikset Poqosyan və bölgənin təhlükəsiz olduğunu, torpağın düşmənə verilmədiyini qürurla bəyan edən millət vəkilləri haradadır? Niyə burada deyillər və blokadada olan sakinləri dəstəkləmirlər?”
Bu fikilər erməni nəşri “Hraparak”da dərc olunub.
Qəzet vurğulayır ki, liderlərinin başçılıq etdiyi Mülki Müqavilə nümayəndələri populist açıqlamalar verərək günahı birincilərə ötürsələr də, Qərbi Zəngəzur kəndləri yalnız Rusiya sərhədçilərinə güvənə bilər.
Burada başqa bir sual meydana çıxır. Yolun açılmasından sonra silahsız boş kəndlərdə yaşamaq mümkün olacaqmı? Ümumiyyətlə, bu şəraitdə sakinləri həmin kəndlərdə necə saxlamaq olar?