Vaksin vurdurmayan valideynlərin övladları məktəbə buraxılmayacaq? - AÇIQLAMA
10-08-2021 11:57
Baxış sayı:
810

Təhsil Nazirliyi vaksin vurdurmayan valideynlərin övladlarının məktəbə buraxılmayacağı ilə bağlı yayılan məsələyə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.