Türkiyədə yangın böyuməyə davam edir - RƏSMİLƏR VƏTƏNDAŞLARI EHTİYATLI OLMAĞA ÇAĞIRIB
30-07-2021 12:21
Baxış sayı:
667

Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb. Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, yanğın nəticəsində Antalyada 3 nəfər, Muğlada isə 1 nəfər ölüb.
Nazir vətəndaşları meşələrin yanından keçəndə ehtiyatlı olmağa çağırıb, yanğınların səbəblərinin araşdırıldığını da bildirib.
“Yanğının söndürülməsinə 3 təyyarə, 9 pilotsuz uçan aparat, bir su tankı, 38 helikopter, 680 su çiləyən, 55 tikinti texnikası və 4 min şəxsi heyət cəlb edilib. Yanğından ziyan çəkənlərin banklara olan borclarının ödənilməsi təxirə salınacaq”, - deyə o vurğulayıb./Virtualaz.org