"ONLAR VAR, ANCAQ..." - ABŞ kəşfiyyatı UNO-lar barədə hesabat dərc edib

Baxış sayı:
724

Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyatı Konqresə son onilliklər ərzində Amerikada müşahidə edilən izaholunmaz təzahürlər barədə hesabat təqdim edib. Sənəddə hakimiyyətə uçan naməlum obyektlərin (UNO) soxulması barədə məlum olanlar və məlum olmayanlar barədə məlumat toplanıb.

«TASS» hesabatın əsas tezislərini dərc edib.

Bu hesabatın hazırlanması barədə tələb hələ Prezident Donald Trampın administrasiyası dövründə meydana çıxıb, Ağ Evin yeni rəhbərliyi isə onun nəşrini dəstəkləyib. 2004-2021-ci illər arası dövrdə hakimiyyət cəmi 144 naməlum hava təzahürü qeydə alıb. Onlardan 80-i cihaz və xəbərçilərin köməyi ilə əldə olunub. 11 hadisədən Amerika harbi pilotları xəbər veriblər bu qeyri-adi uçan aparatlarla toqquşmağa yaxın olublar.

Bütün bu epizodları ekspertlər bir neçə kateqoriyaya bölməyə cəhd ediblər. Məsələn, quşlar və ya meteoroloji şarlar, təbiət-atmosfer təzahürləri, ABŞ-ın hökumət və ya sənaye proqramları, xarici rəqiblərin sistemləri və «digərləri».

«Biz, tamamilə əminik ki, gördüklərimiz sadəcə, cihazların səhvi deyil. Onlar obyektlərdir ki, fiziki baxımdan mövcuddurlar» - «CNN» ABŞ hökumətindəki həmsöbətindən sitat gətirir.

Ekspertlər təsdiqləmirlər ki, UNO-lar yerdənkənar mənşəyə malikdirlər, amma eyni zamanda bunu birmənalı şəkildə təkzib edə də bilmirlər. Həm də belə ki, onların aşkar etdikləri aparatlar əslində xarici dövlətlər tərəfindən, xüsusilə də Rusiya və Çin tərəfindən işlənə bilər.

«Tanış olduğumuz 144 xəbər barədə bizdə dəqiq sübutlar yoxdur ki, bu təzahürlərin hansısa yerdənkənar izahı var, amma biz, faktların bizi apardığı tərəfə doğru gedəcəyik» - «Röyter» agentliyi yüksək çinli ABŞ məmurundan sitat gətirir.

Bütün bunlardan əlavə, hökuməti o fakt narahat edir ki, UNO tez-tez hərbi poliqonların yaxınlığında qeydə alınır, haralarda ki, yeni silah və ya texnika sınaqdan keçirilir. Hər şeydən əvvəl onları hərbi pilotlar «qarşılayırlar».

Uzun müddət UNO-ların fəallığı barədə xəbərlər, o cümlədən, Amerika hərbçiləri tərəfindən ikinci dərəcəli məsələ olaraq qalıb. Ancaq Pentaqonda müzakirələrdən sonra Ağ Evin diqqəti buna yönəlib.

«Bir çox illər uzunu ölkəmizin müdafiəsini etibar etdiyimiz kişilər və qadınlar xəbər veriblər ki, ekstravaqant imkanlara malik hava obyektləri görüblər və bir çox illər boyu onların təlaşı tez-tez qulaqardına vurulub və onlara gülüblər» - Senatın kəşfiyyat üzrə komitə sədrinin müavini Marko Rubio bəyan edib.

Ancaq son illər UNO ilə bağlı situasiya dəyişir və bu barədə kəşfiyyat hesabatı barədə faktlar dolayısı ilə danışır. Üstəlik də, 2019-cu ildə ABŞ hərbi-dəniz donanması UNO-ların peyda olması hadisəsi barədə formal qeydiyyat üsulu yaradıb, 2020-ci ildə isə hərbi-hava qüvvələri də ondan istifadə etməyə başlayıb. Bu istiqamət üzrə fövqəladə işlər davam etdirilir.