İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANI FİZULİDƏ QARŞILADI - VİDEO / Yenilənir

Baxış sayı:
718

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün gecə saatlarında gəldiyi Bakıda bir sıra təmaslardan sonra xanımı Əminə Ərdoğanla və rəsmi nümayəndə heyəti ilə birlikdə Şuşaya yola düşüb. Türkiyə KİV-ləri Ərdoğanı müşaiyət edən heyətdə müdafiə naziri Hulusi Akarın, prezident administrasiyasının kommunikasiyalar departamentinin rəhbəri Fahrettin Altunun, prezidentin sözçüsü İbrahim Kalının, AKP sözçüsü Ömər Çelikin və digər şəxslərin yer aldığını bildirir.

Ərdoğan və onu müşaiyət edənlər avtomobil korteji ilə Şuşaya yola düşüb. Azərbaycan KİV-ləri xəbər verir ki, Prezident İlham Əliyev Ərdoğanı və onu müşaiyət edənləri Füzuli rayonunda qarşılayıb. Prezidentlərin oradan Şuşaya birlikdə yola düşdüyü bildirilir. Protokola əsasən Ərdoğanın rəsmi qarşılanma mərasimi Şuşanın mərkəzində olacaq.

***

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.