Vətən müharibəsi şəhidi Elvin Mustafayevlə Gəncədə vida mərasimi keçirilir - FOTO

Baxış sayı:
759

Vətən müharibəsinin şəhidi Elvin Mustafayevlə Gəncədə vida mərasimi keçirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, Elvin Mustafayevin nəşi Gəncə şəhərinə, anadan olduğu evə gətirilib.
Vida mərasimində şəhidin yaxınları, hərbçilər, şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.
Mustafayev Elvin Fəxrəddin oğlu 1992-ci ildə Gəncədə anadan olub. Onun Vətən müharibəsinin ilk günlərində itkin düşdüyü bildirilib.
Elvin Mustafayev evli olub, 3 övladı var.