Azərbaycanın iki media işçisi minaya düşərək həlak olub, üç nəfər yaralanıb - FOTO

Baxış sayı:
806

Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.

Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!", - məlumatda vurğulanıb.

AzTV-nin hadisə ilə bağlı yaydığı sujetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.

Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb./report

Məhərrəm İbrahimov və Sirac Abışov