Hüseynbala Mirələmovun biədəb videosu hələ də dünya mediasında fırlanır - ANTİ FEYK QRUPU AŞKAR EDİB Kİ...

Baxış sayı:
2923

Azərbaycan parlamentinin keçmiş deputatı Hüseynbala Mirələmovun məlum biədəb videosu hələ də dünya mediasında fırlanır.

Belə ki, Mirələmovun zoom-konfrans zamanı köməkçisinin arxasını əlləməsi videosu sosial şəbəkələrin bir seqmentindən digərinə keçir, istifadəçilər isə bu videonun altına müxtəlif şərhlər yazırlar. Hindistanın “İndia Today” nəşrinin feyk xəbərlərlə mübarizə qrupu (Anti Fake News War Room (AFWA)) isə aşkar edib ki, istifadəçilərin bir çoxu Hüseynbala Mirələmovun kimliyini dəqiq bilmirlər, hətta onu “baş nazir” kimi təqdim edənlər də var.

Qəzetin xəbərində bildirilir ki, AFWA kadrlardakı yaşlı kişinin “Azərbaycanın baş naziri” olduğu haqda Facebook istifadəçilərinin qeydlərinin feyk olduğunu müəyyən edib. Azərbaycan mediasını araşdırmaqla müəyyənləşdirib ki, əslində həmin şəxs keçmiş deputatdır, universitetlərdən birində kafedra müdiri olub və bu biədəb kadrlar da kafedrada zoom-konfrans zamanı kameranın açıq unudulması nəticəsində qeydə alınıb.

Xatırladaq ki, Hüseynbala Mirələmov həmin qalmaqallı görüntülərə görə işlədiyi universitetdən çıxarılıb, habelə YAP-dan qovulub./Virtualaz.org