Lukaşenkonun çemodanına nə olub? - Prezident Putinə nəyi verib?

Baxış sayı:
2367

Soçi görüşü zamanı Aleksandr Lukaşenkonun Vladimir Putinə ötürdüyü çemodanda Belarus xüsusi xidmət orqanının hazırladığı analitik materiallar olub. Bu barədə iyunun 1-də Belarus lideri Rusiya ilə əməkdaşlığa həsr olunmuş iclasda bəyan edib.

Aleksandr Lukaşenko qeyd edib ki, onun Rusiya Prezidenti Putinlə Soçidəki görüşündə  videokadrlara düşmüş qara çemodanda olanların mümkün mətni müzakirə olunub.

«Əgər biz, bu çemodanda olan bütün sənədləri açıq efirə çıxarmışıqsa, o zaman əlbəttə, çoxlu söhbətlər və müzakirə etməli şeylər olub» - Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinə görə, diplomatda Belarus xüsusi xidmət orqanının hazırladığı analitik materiallar olub. Prezidentlər hər zaman ətraflı informasiyaları - əgər onlar tərəflərdən birinə aiddirsə - bölüşməyi təcrübəyə daxil ediblər.

“Belarus və  bütövlükdə isə İttifaq dövləti ətrafında situasiya barədə müzakirələr aparılıb. Xüsusən də bu gün Amerika ilə, Avropa İttifaqı ilə və digərləri ilə münasibətlər necə olması haqda? Və bir çox başqa oxşar materiallardan bəhs edilib. Bu, bizim idarələrin çox böyük işidir. İlk növbədə bütün xüsusi xidmətlərin analitik materialları idi ki, mən Rusiya Prezidentİ Putini tanış etmək istədim» - Lukaşenko izah edib.

Xatırladırıq ki, Belarus və Rusiya liderlərinin Soçidə görüşü mayın 28-29-da keçib.