Gürcüstanda karantin qadağaları sərtləşdirilir

Baxış sayı:
841

Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin (NK) mətbuat xidməti məlumat yayıb.

Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar verilib.

“Yeni qaydalar mayın 3-dən 12-nə qədər tətbiq olunacaq. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, - deyə NK-dan bildirilib.

Xatırladaq ki, mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib.