Axtarış
The search found 105739 results in 0.028 seconds.
Search results
Взгляд на российскую империю, созданную в 1721 году, которая, начала распадаться в 2021 году
В 1242 году образовалась Кызылорда(Золотая Орда)под предводительством Батыхана, и начала завоевовать все земли географически от востока до запада. После победы над Византией Кызылорда обложила налогами Польшу, страны балтии. Нынешняя вся Россия, большая часть средней азии до Азербайджана была во владениях Кызылорды. Но в 1402 году Кызылорду распалась. Образовались ханства(Сибирское, Астраханское, Казанское, Ногайское, Крымское) и образовалось Московское княжество. За короткое время все они объединились в Крымское ханство.
Muxalifet2 - 23-04-2021
OQTAY ŞİRƏLİYEV NAZİR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir vəzifəsi yeni təyin olunan birinci müavinə tapşırıldı / FOTO
Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
Muxalifet.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.
Bununla bağlı da Prezident İlham Əliyev sərəncam imzalayıb.
Muxalifet2 - 23-04-2021
ŞİRƏLİYEVİ ƏVƏZ EDƏCƏK TEYMUR MUSAYEV KİMDİR? - Yeni birinci müavinin DOSYESİ
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib və dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.
"Report" xəbər verir ki, T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.
Muxalifet2 - 23-04-2021
Mirələmov Amerika televiziyasına da çıxdı... - Artıq dünyada tanınır / VİDEO
Amerikanın məşhur ABC telekanalının şou proqramlarından olan “Jimmy Kimmel Live”da dünyada onlayn görüşlərdə baş verən gözlənilməz xətalardan video hazırlanıb.
"Modern.az" xəbər verir ki, Azərbaycandan olan sabiq deputat Hüseynbala Mirələmovun gündəm olan məlum videosu dünən “Jimmy Kimmel Live” proqramına daxil edilib.
Proqramda azərbaycanlı jurnalistin Mirələmovla səs yazısı da səsləndirilib.
Qeyd edək ki, məlum video insanlar tərəfindən gülüşlə qarşılanıb.
Muxalifet2 - 23-04-2021
AZƏRBAYCANDA DAHA 33 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 1809 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.
Muxalifet2 - 23-04-2021
Azərbaycanda daha bir həkim tutuldu - KORONAVİRUS XƏSTƏSİNDƏN RÜŞVƏT ALIB
Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olmuşdur.
Muxalifet2 - 23-04-2021
YAP Hüseynbala Mirələmovun partiyadan çıxarılmasının səbəblərini açıqladı
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Muxalifet2 - 23-04-2021
“Rusiya suriyalı muzdluları Ermənistana göndərir” - Kanadalı jurnalist
Rusiya Ermənistana göndərmək məqsədilə Suriyanın cənubunda muzdlular toplayır. Bu barədə kanadalı jurnalist Nil Hauer özünün “Twitter” səhifəsində yazıb.
“Etibarlı mənbə xəbər verib ki, Rusiya Ermənistana göndərmək üçün “Vaqner” özəl hərbi şirkəti vasitəsilə Suriyanın cənubunda muzdlular toplayır. Əvvəllər Rusiya suruyalı döyüşçülərdən Livanda istifadə edərkən də bu şirkətin xidmətlərindən yararlanmışdı”, - deyə jurnalist qeyd edib.
Muxalifet2 - 24-04-2021
“Bütün qüvvələrinizi Ukraynadan çıxardın” - NATO-dan Rusiyaya çağırış
NATO-da Rusiya Müdafiə naziri Sergey Şoyqunun cənub və qərb hərbi dairələrində ordunun döyüş qabiliyyətinin yoxlanması işlərinin başa çatması barədə bəyanatına reaksiya verilib.
Alyans nümayəndəsinin «Röyter» agentliyinə verdiyi şərhdə bəyan etdiyi kimi, Moskvanın Ukrayna sərhədindən ordunu çəkmək barədəki qərarı əhəmiyyətli və vaxtında verilmiş qərardır.
Muxalifet2 - 24-04-2021
BAYDEN ƏRDOĞANA ZƏNG VURDU, "ERMƏNİ SOYQIRIMI"NI TANIYACAĞINI DEDİ - Qərb mediasından sensasion iddia / YENİLƏNİB
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi də R.T.Ərdoğan və C.Bayden arasındakı telefon danışığına dair məlumat yayıb.
Virtualaz.org bildirir ki, məlumata görə, liderlər ikitərəfli münasibətlərin strateji mahiyyəti və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirmək üçün birlikdə fəaliyyətin vacibliyi barədə razılığa gəliblər.
Muxalifet2 - 24-04-2021
Avropa ölkəsində peyvənd pasportu olanlara yaşıl işıq
Macarıstanda gələn həftədən peyvənd pasportu olanlar üçün restoran və kafelər, teatrlar, kinoteatrlar, hotellər və digər ictimai qurumlar açıq olacaq.
Bunu ölkənin baş naziri Viktor Orban “Kossuth Radio”ya müsahibəsində deyib.
Artıq bu şənbə, 24 apreldən ölkədə kafe və restoranların yay terasları məhdudlaşdırılmadan açılacaq.
Macarıstan səlahiyyətliləri hesab edir ki, buna əhalinin vaksinasiyası kömək edib. Artıq Macarıstanda 9,7 milyon əhaliin 3,5 milyonu vaksinasiya olunub.
Muxalifet2 - 24-04-2021
ERMƏNİ PATRİAXDAN QONDARMA "SOYQIRIM" ÇAĞIRIŞI - "...Siyasi məqsədlərə alət edildiyini görmək bizi məyus edir”
“Xalqımızın kədərini və əcdadımızın müqəddəs xatirəsininin bəzi ölkələr tərəfindən gündəlik siyasi məqsədlərə alət edildiyini görmək bizi məyus edir”.
Bunu Türkiyə ermənilərinin 85-ci patriarxı Sahak Maşalyan “Anadolu” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, on illərdir bu mövzunun parlamentlərin gündəliyinə çıxarılmasının yaratdığı gərginliklər iki xalqın yaxınlaşmasına xidmət etmir:
Muxalifet2 - 24-04-2021
“MƏSƏLƏ CİDDİDİR, RUSİYANIN TƏZYİQLƏRİ DAHA DA ARTACAQ...” – "Moskva həm Türkiyəni, həm də Azərbaycanı bu işə bulaşdırmağa çalışır...”
Oqtay Qasımov: “”İskəndər-M”-in Azərbaycan ərazisinə atılması Rusiyanın birbaşa iştirakı ilə baş verib”
“Rusiyaya qarşı dayanmağın ən vacib və əhəmiyyətli yolu Türkiyə ilə münasibətlərin dərinləşdirilməsidir”
Azərbaycan-Rusiya münasibətləri normal axarı ilə davam edirmiş kimi görünsə də, bağlı qapılar arxasında gərginliyin olması özünü büruzə verməkdədir. Bunu Azərbaycan dövlət başçısının son çıxışı da ortaya qoymuş oldu.
Muxalifet2 - 24-04-2021
MİRƏLƏMOVU KİM(LƏR) RÜSVAY ETDİ? - Görüntüləri Şura üzvlərindən biri yayıb...
YAP Ağsaqqallar Şurasının üzvü, keçmiş deputat, yazıçı, 76 yaşlı Hüseynbala Mirələmovun əxlaqsız görüntülərinin sosial şəbəklərdə yayılması böyük rezonans doğurub. O, dərhal kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) uzaqlaşdırılıb, dünən isə hakim partiyadakı vəzifələrindən və üzvlükdən xaric edilib. Mirələmovun kəskin qınaq hədəfinə çevrilməsi onu köməksiz vəziyyətdə qoyub.
Muxalifet2 - 24-04-2021
Bakıda vaksinasiyada saxtakarlıq edən kişi həbs edildi
Vaksinasiyada saxtakarlıq edən kişi həbs edildi, tibb bacıları cərimələnib.
Muxalifet2 - 24-04-2021
Rusiya xarici gəmilər üçün Qara dənizə girişi bağladı
Rusiya Qara dənizin üç bölgəsindən keçidi bağlayıb. Məhdudiyyət 31 oktyabr tarixinədək qüvvədə olacaq. Bağlanmanın Kerç boğazına təsiri olmayacaq. Oradan bütün gəmilər maneəsiz keçəcəklər. Məhdudiyyətlər Rusiya Federasiyasının ərazi sularında olan rayonlarda tətbiq ediləcək.
Ukrayna Xarici İşlər Nazirliyi artıq qərarla əlaqədar Moskvaya etiraz bildirib. Kiyev hesab edir ki, Moskva qəsdən bölgədəki gəmiçiliyə mane olur.
Muxalifet2 - 24-04-2021
Gürcüstan parlamentinin sədri istefa verdi
Gürcüstanın parlament sədr Arçil Talakvadze istefa verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, bəyanatla çıxış edib.
Spiker postuna onun müavini Kaxa Kuçavanın namizədliyinin irəli sürüləcəyi bildirilir.
Muxalifet2 - 24-04-2021
Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağrılıb
Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Muxalifet2 - 24-04-2021
Teymur Musayevdən ilk açıqlama
"Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir".
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev aprelin 24-də kollektivə təqdim olunan zaman deyib.
O qeyd edib ki, fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.
T.Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Muxalifet2 - 24-04-2021
AZƏRBAYCANDA DAHA 35 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində yoluxanların sayında azalma var
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib. 30 189 nəfər aktiv xəstə sayını təşkil edib.
Muxalifet2 - 24-04-2021