Lukaşenko prezidentlik dövrünün ən əsas qərarını açıqlayacaq
17-04-2021 20:02
Baxış sayı:
718

Belarus lideri Aleksandr Lukaşenko yaxın günlərdə dörddə bir əsrlik prezidentliyi dövrünün əsas qərarlarından birini qəbul edəcəyini deyib.
Bu barədə “Belta” agentliyi məlumat yayıb.
O bildirib ki, qərar rəsmiləşdirilmə mərhələsindədir və onu daha sonra açıqlayacaq: “Bu, dörddəbir əsrlik prezidentliyim dövrünün əsas qərarlarından biri olacaq. Bu, çox ciddi qərar olacaq”.
Dövlət başçısı hansı qərardan bəhs etdiyini açıqlamayıb, amma əlavə edib ki, böyük ehtimalla, bu, Prezident dekreti olacaq.